Accessibility links

AXCP fəalı təzyiqə məruz qaldığını iddia edir


Zamin Salayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin fəalı, həbs cəzası çəkən Zamin Salayev müxalif siyasi xadim Tofiq Yaqublu ilə həmrəylik əlaməti olaraq aclıq aksiyası keçirdiyinə görə təzyiqə məruz qaldığını iddia edir. Tofiq Yaqublu həbsinə etiraz olaraq 16-cı gündür ölüm aclığı keçirir.

AXCP-nin məlumatına görə, Salayev 16 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirir.

"Sentyabrın 15-də Salayev evlərinə zəng edib və bildirib ki, aclıq aksiyasına görə ona təzyiq göstərilir, koloniyanın əməkdaşları hər gün onu döyür. Bu barədə məlumat verdikdən sonra onunla telefon əlaqəsi kəsilib,” AXCP-nin məlumatında deyilir.

Penitensiar Xidmətdən məlumatla bağlı şərh almaq mümkün olmayıb.

Aprelin 20-də Salyan Rayon Məhkəməsi zanin Hacıyevi yerli polis zabitinin şikayəti əsasında “böhtan” və “təhqir” ittihamı ilə 2 il 3 ay müddətinə həbsə məhkum edib.

İddiaya Salayevin sosial şəbəkələrdə yaydığı videogörüntü səbəb olub. Videogörüntüdə o, polislə söhbət edib, polisi 21 yaşlı yerli sakini onunla birgə yaşamağa sövq etməkdə ittiham edib.

XS
SM
MD
LG