Accessibility links

AXCP fəalının şikayətinə ilkin baxış olub


Asif Yusifli (Foto Obyektiv televiziyasınındır)
Asif Yusifli (Foto Obyektiv televiziyasınındır)

İyulun 9-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Asif Yusiflinin vaxtından əvvəl həbsdən azad edilməsi ilə bağlı ərizəsinin Suraxanı Rayon Məhkəməsinin təmin etməməsi barədə qərarından şikayətinə ilkin baxış olub. Məhkəmə baxışı iyulun 22-nə təyin edilib.

Suraxanı Rayon Məhkəməsi 2019-cu il mayın 29-da Asif Yusiflinin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməyib.

Ədliyyə Nazirliyi Kollegiyasının yaratdığı komissiya müxalifət fəalı barədə mənfi rəy verib.

“Hökm üzrə təyin edilmiş dövlətə olan 50 manat ekspertiza xərcini ödəməyib. Məhkum Yusiflinin cəza çəkdiyi müddətdə islah yoluna qədəm qoymamasını, törətdiyi cinayət əməlini etiraf etməməsini, onunla islah prosesinin davam etdirilməsinin vacibliyini nəzərə alaraq və Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədə müvafiq hesab edilmir,” komissiyanın rəyində deyilir.

AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ əlili Asif Yusifli 2014-cü il noyabrın 25-də həbs edilib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (sənədlərin saxtalaşdırılması) maddələri ilə təqsirləndirilərək 7 il azadlıqdan məhrum edilib.

Yusifli həbsinin siyasi motivli hesab edir.

2016-cı ilin mayında Ali Məhkəmə hakim Əli Seyfəliyevin sədrliyi ilə Asif Yusiflinin kasassiya şikayətinə baxıb və onun həbs müddətini 1,5 il azaldıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG