Accessibility links

AXCP fəalının apellyasiya şikayəti təmin edilməyib


Mayın 21-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədovun inzibati həbsindən verilən şikayəti təmin etməyib.

Məhkəmə iclası Əhmədovun iştirakı olmadan keçirilib. Karantin tədbirlərini əsas gətirərək onu məhkəməyə gətirməyiblər.

Əhmədov artıq 30 gün inzibati həbs cəzası çəkib, bu müddət başa çatdıqdan sonra ona qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə cinayət ittihamı irəli sürülüb və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu qərardan verilmiş apellyasiya şikayətinə hələlik baxılmayıb. Vəkil Zibeydə Sadıqova hələlik istintaq təcridxanasında müvəkkili ilə görüşməyə müvəffəq olmayıb.

AXCP-nin məlumatına görə, Əhmədov terrorçuluqda iştirakı ilə bağlı ifadə almaq məqsədilə ağır işgəncələrə məruz qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG