Accessibility links

AXCP fəalının müraciətinə baxılması təxirə salınıb


Aqil Məhərrəmli
Aqil Məhərrəmli

Bu gün, iyulun 16-da Bakının Xəzər Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Məhərrəmlinin cəza müddətinin üçdə iki hissəsini çəkməsilə əlaqədar cəzasının yüngülləşdirilməsilə bağlı müraciətinə onlayn rejimdə baxıb. Məhkəmə dinləmələri iyulun 23-nə keçirməyi qərara alıb.

Vəkil Aqıl Lahıcov bildirib ki, müdafiə tərəfi alternativ cəza növlərinin təyin edilməsi, - ya qalan real müddətin şərti cəza ilə dəyişdirilməsi, ya da Məhərrəmlinin məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi məsələsini qaldırıb.

Vəkil qeyd edib ki, məhkəmə qərar qəbul edilməsini uzadır və bunu bir neçə dəfə təxirə salır.

Məhərrəmli artıq cəza müddətinin dörddə üç hissəsini çəkib.

Aqil Məhərrəmli 2018-ci ilin mayında "Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi" ilə bağlı iş üzrə həbs edilib. 4 il həbs cəzası alıb. Mayın sonunda onun üç ili tamam olub. Qanunvericiliyə əsasən şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmaq hüququna malikdir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG