Accessibility links

Məhkəmə AXCP fəalını 30 sutka həbsə məhkum edib


Ruslan Əmirli AXCP sədri Əli Kərimli ilə
Ruslan Əmirli AXCP sədri Əli Kərimli ilə

Sentyabrın 11-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə AXCP fəalı Ruslan Əmirliyə 30 sutka inzibati həbs cəzası verilib.

AXCP-nin məlumatına görə, Ruslan Əmirli İnzibati Xətalar məcəlləsinin xırda xuliqanlıq, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq maddələri ilə günahlandırılıb.

Fəal sentyabrın 10-da Milli Onkologiya Mərkəzinin qarşısında saxlanılaraq naməlum istiqamətə aparılıb. Sentyabrın 11-də Əmirlinin Yasamal Rayon Polis İdarəsinin 29 saylı Polis Bölməsində olduğu bəlli olub.

AXCP Ali Məclisnin sədri Nurəddin Məmmədli hesab edir ki, fəalın sosial şəbəkələrdə akytiv olması onun həbsinə yol açıb.

please wait

No media source currently available

0:00 0:01:22 0:00

“Azərbaycan Hacı Məmmədovlar (Daxili İşlər Nazirliynin ömürlük həbsə məhkum edilmiş, həbsxanada ölmüş keçmiş vəzifəli şəxsi-red) tərəfindən idarə olunur. Son dövrlərdə AXCP-yə qarşı, onuun fəallarına qarşı repressiyalarda cəbhəçilərin oğurlanması tendensiyası günü-gündən artmaqdadır. Söhbət Ruslan Əmirlidən gedir. Partiyamızın sədri Əli bəyin mühafizəçisidir, fəal partiya üzvüdür. Eyni zamanda internet şəbəkədə çox ciddi şəkildə fəaliyyət göstərir. Onu Milli Onkologiya Mərkəzinin qarşısında heç bir əsas olmadan oğurlayıblar. Cəbhədaşlar onun məhkəməsinin qarşısına gedib. Orada görünməmiş zorakılıq olub. Polis bir sıra jurnalistlərə, cəbhəçilərə xəsarət yetirib. Azərbaycanda getdikcə diktatura təzahürləri güclənməkdədir. Çox acı olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan Avropada yeganə dövlətdir ki demokratiya yoxdur," Məmmədli qeyd edib.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi münasibət bildirməyib.

AXCP-yə fəallarının həbsləri və cərimələnməsi dalğası Milli Şuranın bu ilin yanvarın 19-da keçirdiyi mitinq ərəfəsinə və mitinqdən sonraya təsadüf edir.

AXCP-nin məlumata görə, bu ilin yanvarında Milli Şuranın mitinqi ərəfəsində və sonra müxtəlif vaxtlarda bu partiyanın 90-dək fəallı inzibati qaydada cəzalandırılıb. Onlardan 60 nəfəri 10 sutkadan 30 sutkayadək, o cümlədən bir fəal 60 sutka inzibati həbsə məhkum edilib. Partiya fəallarından 5 nəfəri təkrarən inzibati həbsə məruz qalıb. Onların əksəriyyəti polisin qanuni tələbinə tabe olmamaqda təqsirləndirilib.

Bu il AXCP-nin 26 fəalı 50 manatdan 500 manatadək inzibati qaydada cərimə edilib.

Partiya fəallarının hamısının siyasi mövqelərinə görə şərləndiyini bildirib.

Azərbaycanın rəsmiləri bir qayda olaraq ölkədə bütün fundamental azadlıqların tam təmin edildiyini bəyan edir. Rəsmi Bakı insanların qanun qarşısında bərabər olduğunu və siyasi baxışlarına görə təqib olunmadığını bildirir.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri ölkədə 100-dən çox insanı siyasi məhbus elan edib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyətdədir. Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı Azərbaycanda ondan çox insanı vicdan məhbusu elan edib.

XS
SM
MD
LG