Accessibility links

AXCP fəalına 30 sutkalıq inzibati həbs cəzası verilib


Polis maşını
Polis maşını

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Arif Paşayevə 30 sutka inzibati həbs cəzası verilib.

Bu barədə Amerikanın Səsinə AXCP-dən bildiirblər.

Məlumata görə bu barədə iyulun 13-də Xətai Rayon Məhkəməsi qərar çıxarıb.

Məhkəmə onu inzibati Xətalar Məcəlləsinin 211 (epidemiya əleyhinə rejimin, karantin rejimi qaydalarının pozulması) və 535.1 (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilib.

“İyulun 12-dən 13-nə keçən gecə polislər onun yaşadığı evə basqın ediblər. Özü evdə olmayıb, atasını aparıblar. Partiya üzvlərinə özü bu barədə məlumat vermişdi. Demişdi ki, atasının arxasınca gedəcək, əgər onun telefonuna zəng çatmasa, deməli, həbs olunub. Sonra atasını buraxıb, özü haqqında da 30 sutkalıq həbs qərarı veriblər”, - partiyadan bildirilib.

A.Paşayevin inzibati qaydada həbsini məhkəmədən də Meydan TV-yə təsdiqləyiblər. O, İnzibati Xətalar Məcəlləsinin 211 (epidemiya əleyhinə rejimin, karantin rejimi qaydalarının pozulması) və 535.1 (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddələrilə ittiham olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG