Accessibility links

AXCP fəalları Daxili İşlər Nazirliyinin binası qarşısında aksiya keçirməyə cəhd edib


AXCP-nin qadın fəalları Daxili İşlər Nazirliyinin binası qrşısında aksiya keçirməyə cəhd edib
AXCP-nin qadın fəalları Daxili İşlər Nazirliyinin binası qrşısında aksiya keçirməyə cəhd edib

Aksiya yarım saatadək davam edib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının qadın fəalları bu gün, fevralın 28-də Daxili İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Onlar AXCP sədrinin müavini, ötən gün 10 sutka inzibati həbsə məhkum edilmiş Məmməd İbrahimin sərbəst buraxılmasını tələb edib.

Polis fəal qadınları Daxili İşlər Nazirliyinin binası qarşısından uzaqlaşdırıb, lakin aksiya dayandırılmayıb. Qadınlar küçədə yürüş edərək “Məmməd İbrahimə azadlıq!”, “İstefa!” şüarları səsləndirib.

Aksiya ümumilikdə yarım saat davam edib. Saxlanılanlar barədə məlumat yoxdur.

Məmməd İbrahim fevralın 26-da böyrək ağrısı ilə həkimə gedərkən saxlanılıb. Polis onun avtomobilini buraxmayıb və bu, polislə münaqişəyə səbəb olub.

XS
SM
MD
LG