Accessibility links

AXCP fəalları ev dustaqlığına buraxılmayıb


Ramid Nağıyev
Ramid Nağıyev

Avqustun 31-də Nəsimi Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ Şöbəsinin sədri Elnur Cabbarov və AXCP Təşkilat Şöbəsinin əməkdaşı Ramid Nağıyevin həbsinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətləri təmin etməyib.

Bu barədə AXCP məlumat yayıb.

Vəkil Azər Rəsulovun Elnur Cabbarov barədə vəsatətinə baxış iclası hakim Rəşid Səmədovun sədrliyi ilə keçirilib. Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak edib.

Vəkil Aqil Layicovun Ramid Nağıyevlə bağlı vəsatətinə hakim Babək Pənahovun sədrliyi ilə baxıb. Ramid Nağıyevin məhkəmədə iştirakı təmin olunmayıb. Onun saxlandığı Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsi ilə əlaqə yaradılıb, özünün iştirakı olmadan vəsatətə baxılması barədə razılıq alınıb.

Elnur Cabbarlı
Elnur Cabbarlı

AXCP-nin hər iki fəalı iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilən aksiya zamanı yaranmış insidentlə bağlı qaldırlan cinayət işi üzrə həbs edilib. Ramid Nağıyev iyulun 19-da, Elnur Cabbarov isə iyulun 31-də saxlanılıb. Hər iki fəala qarşı Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib, Nəsimi rayon Məhkəməsinin qərarı ilə üç aylılq həbs qətimkan tədbiri seçilib.

AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-15-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 48 nəfər fəalı həbs edilib.

“Onlardan 17 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 18 nəfər inzibati qaydada həbs edilib. 1 nəfər ev dustaqlığındadır. 12 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü öncədən siyasi məhbusdur. Beləliklə, hazırda AXCP-nin 43 fəalı siyasi sifarişlə həbsdədir,” məlumatda qeyd edilir.

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

Yaranmış insidentlə bağlı cinayət işi qaldırlıb, çoxsaylı insan həbs edilib.

Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG