Accessibility links

AXCP fəalları həbs edilib


AXCP fəalları Mahir Rüstəmli və Hidayət Rəsulzadə
AXCP fəalları Mahir Rüstəmli və Hidayət Rəsulzadə

Fevralın 11-də Sumqayıt Apellyasiya Məhkəməsində 30 sutka inzibati həbsə məhkum edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şamaxı rayon təşkilatının sədri Zahir Məmmədlinin apellyasiya şikayətinə baxış zamanı məhkəmənin önündə olan AXCP fəalları Mahir Rüstəmli və Hidayət Rəsulzadə polis tərəfindən saxlanılıb. Məhkəmə Zahir Məmmədlinin şikayətini təmin etməyib.

AXCP-nin məlumatına görə, Sumqayıt Şəhər Məhkəməsinin fevralın 12-də verdiyi qərarlaMahir Rüstəmli və Hidayət Rəsulzadə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (Xırda xuliqanlıq) ilə günahlandırılaraq 15 sutka inzibati həbsə məhkum edilib.

“Hər iki partiya fəalının həbsi siyasi xarakterlidir və biz siyasi sifarişlə həbsdə olanların hamısına azadlıq tələb edirik,” AXCP-nin məlumatında deyilir.

AXCP bildirir ki, yanvarın 19-da Milli Şuranın keçirdiyi mitinqdən sonra əllidən çox partiya fəalı saxlanılıb. Onlardan 40 nəfəri inzibati həbsə məhkum edilib.

XS
SM
MD
LG