Accessibility links

AXCP fəalları ittihamı “siyasi sifariş” hesab edir


AXCP fəalları məhkəmə qarşısında

Bu gün, martın 9-da Azərbaycan Ordusuna dəstək məqsədi ilə 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə həbs edilən şəxslərin cinayət işi üzrə təqsirləndirilən 12 nəfərin (üçüncü qrup) cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən məhkəmə iclası Səbail rayon Məhkəməsinin binasında olub.

Bu qrupda 12 nəfər məhkəmə qarşısına çıxarılıb. Onlardan 6 nəfəri, Telman Seyfullayev, İsmayıl Həsənov, Baba Süleyman, Məhəbbət Nağıyev, Ceyhun Novruzov, Gündüz Mirzəyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarıdır.

Ümumilikdə cinayət işi üzrə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var.

AXCP fəalları ittihamı “siyasi sifariş” hesab edir
please wait

No media source currently available

0:00 0:03:11 0:00

Təqsirləndirlən şəxslərdən 16 nəfəri AXCP-nin, 2 nəfəri Müsəlman Birliyi Hərəkatının, 1 nəfəri Azərbaycan Demokratiya və Rifah Hərəkatının fəalıdır. Təqsirləndirilənlər arasında Naxçıvanın keçmiş daxili işlər naziri Siyavuş Mustafayev də var. Qalanları bitərəflərdir.

2020-ci il iyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

Yaranmış insidentlə bağlı cinayət işi qaldırılıb, çoxsaylı insan həbs edilib.

Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir. Onların çoxu inzibati qaydada cəzalandırılıb.

AXCP-nin məlumatına görə, Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 45 nəfər fəalı həbs edilib.

“Onlardan 16 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 14 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb,” məlumatda qeyd edilir.

AXCP və digər bir sıra siyasi qurumlar həbsləri "siyasi sifariş" hesab edir.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə günahlandırılır.

AXCP fəaalrının ev dustaqlığına nəzarət edən elektron aparat
AXCP fəaalrının ev dustaqlığına nəzarət edən elektron aparat

Ötən ilin noyabr-dekabr aylarında həbsdə saxlanılanların hamısı polisin nəzarətinə verilməklə sərbəst buraxılıb.

Bu gün, martın 9-da Səbail rayon Məhkəməsində keçirilən məhkəmə iclasında ittiham aktı elan edilib və təqsirləndirilən şəxslər sərbəst ifadə verməyə başlayıb.

Təqsirləndirilən şəxslər ittiham qəbul etmədiyini və siyasi sifariş olduğunu bildirib.

AXCP fəalı Telman Seyfullayev bildirib ki, aksiyada iştirak edib, lakin hər hansı zorakı hərəkətdə iştirak etməyib.

“Bu gün də Azərbaycan Ordusunu dəstək məqsədi ilə aksiya keçirilsə iştirak edəcəm. Akasiyada Müdafiə Nazirliyinin keçmiş baş qərargah rəisinin istefasını tələb etmişəm. Məgər, kiminsə istefasını tələb etmək cinayətdir?” o sual edib.

Məhkəmə iclası təqsirləndirlən şəxslərin sərbəst ifadələei ilə davam etdirilir.

XS
SM
MD
LG