Accessibility links

AXCP fəallarının apellyasiya şikayəti təmin edilməyib


AXCP-nin həbsdə olan fəalları
AXCP-nin həbsdə olan fəalları

İyulun 30-da Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) inzibati həbsdə olan fəalları Elnur Həsənov (hakim Faiq Qasımov) və Mahir Namazov (hakim İlqar Murquzov), iyulun 31-də isə Nicat Abdullayevin (hakim Faiq Qasımov) şikayətini təmin etməyib.

Bu barədə AXCP-nin məlumatında deyilir.

AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə AXCP-nin 45 nəfər fəalı həbs edilib.

“Onlardan 15 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 10 nəfər hazırda inzibati həbsdədir, 10 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü isə öncədən siyasi məhbusdur. Beləliklə hazırda AXCP-nin 35 fəalı siyasi sifarişlə həbsədədir,” məlumatda qeyd edilir.

XS
SM
MD
LG