Accessibility links

AXCP fəalının qeyri-insani rəftara məruz qaldığı bildirilir


Babək Həsənov
Babək Həsənov

"Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Babək Həsənov 6 saylı Cəzaçəkmə Müəssisəsində qeyri-insani rəftara məruz qalır."

Bu barədə onun qardaşı Cavid Həsənli mayın 19-da ona baş çəkdikdən sonra bildirib.

Babək Həsənov 1 saylı Bakı İstintaq Təcridxanasından 6 saylı Cəzaşəkmə Müəssisəsinə köçürüldükdən sonra sosial şəbəkələrdə onu işgəncəyə məruz qalması, cərimə təcridxanasına salınması barədə məlumatlar yayılıb. Bu məlumatları yoxlamaq üçün onun qardaşı mayın 19-da koloniyaya gedib. Koloniyanın rəis müavini ona deyib ki, narahatlığa əsas yoxdur və işgəncələr barədə məlumatlar doğru deyil.

"Belə olduğu halda, biz Babəklə görüş istədik ki, bu haqda onun özündən eşidək", Cavid Həsənli deyib.

Qardaşı bildirib ki, fiziki təzyiq olmayıb, amma qeyri-insani rəftar halları olub.

"Babək dedi ki, koloniyaya gəldikdən 4 saat sonra onu cərimə təcridxanasına salıblar. İradəsinə zidd olaraq saçını kəsiblər. Halbuki, təcridxanadan gətiriləndə saçı məhbuslar üçün nəzərdə tutulduğu kimi idi."

Onun sözlərinə görə, məhbusu soyundurublar və alçaldıcı hərəkətlər ediblər.

"Yoxlama bəhanəsilə Babəki soyundurublar və əlləri başının arxasında dayanmağa məcbur ediblər. Belə vəziyyətdə oturub-qalxmağa məcbur ediblər. O tabe olmadıqda operativ şöbənin rəisi onu işgəncə ilə hədələyib," Cavid Həsənli bildirib.

Sonra Babək Həsənovu cəzaçəkmə müəssisəsinin rəisnin yanına aparıblar. O, məhbusu tanıyıb. Babək Həsənov 2011-ci il 2 aprel mitinqində iştiraka görə bir il yarım müddətinə həbs olunmuşdu və o zaman cəzaçəkmə müəssisəsinin rəisi olduğu 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmişdi.

"Cəzaçəkmə müəssisəsinin rəisi ilə söhbətdən sonra Babəki yenidən operativ şöbə rəisinin yanına aparıblar. O, Babəki yarıtikilmiş binaya aparıb, orada onu daş parçalarını bir yerdən o biri yerə daşımağa məcbur edib. Ona bildiriblər ki, hər məhbus 4 kubik aparmalıdır. Babək deyib ki, onun onurğa problemi var və ikinci qrup Qarabağ müharibəsi əlilidir. Lakin onu döyüləcəyi ilə hədələyiblər və o tabe olmağa məcbur olub," Cavid Həsənli deyib.

Öz növbəsində Penitensiar Xidmət Babək Həsənovun cərimə təcridxanasına salınmasını və onunla qeyri-insani rəftarı təkzib edib.

Penitensiar Xidmət
Penitensiar Xidmət

İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqovun sözlərinə görə, hər məhbus koloniyaya gəldiyində karantində saxlanılır. Bu müddətdə ona daxili qaydalar, məhbusların hüquqları və öhdəliklərini izah edilir. Odur ki, Babək Həsənovu cərimə təcridxanasında yox, karantində saxlayıblar.

Soyunma məsələsinə gəlincə, hər məhbus gəldiyində onu yoxlayırlar, şəxsi əşyalarına, saçının vəziyyətinin normaya uyğun olub-olmamasına baxırlar. Daş daşımağa gəlincə, daxili qaydalara görə, məhbusları abadlıq, təmizlik işlərinə cəlb edə bilərlər və burada qanunsuz heç nə yoxdur, Penitensiar Xidmətin nümayəndəsi bildirib.

Babək Həsənov ötən ilin mayında AXCP-nin qanunsuz maliyyələşdirilməsi işi üzrə həbs olunub. Məhkəmə onu üç il müddətə azadlıqdan məhrum edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG