Accessibility links

AXCP Gənclər Partiyasının idarə heyətinin üzvü yoxa çıxıb


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Turan İbrahimi fevralın 25-də Bakı vaxtilə saat 13:30 radələrində naməlum şəxslər tərəfindən qeyri-müəyyən istiqamətə aparıldığı deyilir.

Bu barədə onun atası - AXCP sədrinin müşaviri Məmməd İbrahim bildirib.

Onun sözlərinə görə, Turan İbrahimli iş yerinin önündən üç mülki geyimli şəxs götürərək onu 10 DD 010 dövlət nömrə nişanlı Chrysler markalı avtomobillə aparıblar.

Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Son günlər daha bir neçə cəbhəçinin saxlanıb inzibati qaydada cəzalanması ilə bağlı ardıcıl məlumatlar yayılıb.

Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinq ərəfəsində və mitinqdən sonra AXCP-nin altmışdan çox fəalı saxlanılıb. Onlardan 42 nəfəri 10 sutkadan 30 sutkayadək inzibati həbsə məhkum edilib. Partiyanın 21 fəalı 200 manatdan 500 manatadək, o cümlədən AXCP sədri Əli Kərimli 2500 manat inzibati qaydada cərimə olunub.

XS
SM
MD
LG