Accessibility links

AXCP həbsdə olan fəalının işgəncəyə məruz qaldığını bildirir


Niyaməddin Əhmədov
Niyaməddin Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bu partiyanın sədri Əli Kərimlinin ictimai əsaslarla mühavizəçisi Niyaməddin Əhmədovun işgəncəyə məruz qaldığını bildirir.

AXCP-nin məlumatına görə, aprelin 16-da inzibati qaydada həbs olunan Əhmədov aprelin 28-də səhər saat 11 radələrində saxlanıldığı Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən başına torba salınaraq naməlum ünvana aparılıb.

"Niyaməddin Əhmədov özü yaxınlarına məlumat ötürüb ki, onu harasa aparıb küçə söyüşləri ilə müşayiət olunan işgəncələrə məruz qoyublar. Ondan tələb olunub ki, Əli Kərimlidən pul aldığı haqda ifadə versin. Təxminən saat 23-də istədiklərinə nail olmadıqlarını görüb onu Saxlanma Məntəqəsinə qaytarıblar. Hazırda təkadamlıq kamerada saxlanılır," məlumatda deyilir.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Karantin dövründə həbs olunan fəallar
Karantin dövründə həbs olunan fəallar

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AXCP-nin məlumatında deyilənləri təkzib edib. Onun sözlərinə görə, məlumat uydurma xarakterlidir.

Aprelin 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Niyaməddin Əhmədov Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin qaydalarını pozma) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.

Əhmədov aprelin 15-də evdən çıxarkən polis tərəfindən saxlanılıb. Azərbaycan Xalq Cəbhəsi Partiyası onun həbsini partiyaya qarşı təzyiq kimi qiymətləndirir.

AXCP karantin dövründə 13 nəfər fəalının həbsə məruz qaldığını bildirir. Onlardan ikisinə qarşı cinayət təqibi var və Zamin Salayev 2 il 3 ay müddətinə həbs edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG