Accessibility links

AXCP: Hakimiyyətdən kibercinayətə son verməyi tələb edirik


“AXCP olaraq hakimiyyətdən bir an öncə dövlət səviyyəsində həyata keçirilən bu kibercinayətə son verməyi tələb edirik."

Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəyanatında deyilir.

Partiya qeyd edir ki, hakimiyyət AXCP-yə qarşı kiberhücumları davam etdirməkdədir.

“13 apreldən AXCP sədri Əli Kərimlinin mobil və daimi interneti hakimiyyət tərəfindən kəsilmişdir. Onun xidmətindən istifadə etdiyi SAZZ şirkəti 17 apreldən təmir üçün modemi aparsa da hələ də geri gətirməmiş və bu barədə hər hansı açıqlama və birbaşa məlumat verməmişdir. Bu günə qədər cəmi bir dəfə 3 saatlığına Əli Kərimlinin mobil interneti verilmiş sonradan kəsilmişdir," AXCP-nin bu gün yaydığı bəyanatda deyilir.

AXCP sədri Əli Kərimli
AXCP sədri Əli Kərimli

AXCP onu da iddia edir ki, bu təşkilatın funksionerləri Emil Səlimin, İlham Hüseynin, Orxan Səlimzadə və Emin Manıyevin fb profilləri hak edilərək ələ keçirilib.

“AXCP Rəyasət Heyətinin üzvləri və keçmiş siyasi məhbuslar Fuad Qəhrəmanlı, Asif Yusiflinin və Məmməd İbrahimin adına saxta FB və digər sosial şəbəkə hesabalrı (səhifələr) açaraq onların adından yazışmalar edib cəmiyyətdə yanlış rəylər yaratmağa provakasion cəhdlər edilir. AXCP bəyan edir ki, baş verənlər qanunla cinayət hesab olunan əməldir və bunun dövlət orqanları tərəfindən edilməsi həm təhlükəli, həm də utancverici mənzərə yaradır,” bəyanatda qeyd edilir.

AXCP hesab edir ki, dövlət səviyyəsində sanksiyalaşdlrılmış kibercinayətkarlıq siyasi rəqiblərə qarşı bir təzyiq mexanizmi kimi işlədilir, siyasi hüquq və azadlıqları, eləcə də şəxsi həyatın toxunulmazlığını ciddi şəkildə pozur.

"AXCP olaraq hakimiyyətdən bir an öncə dövlət səviyyəsində həyata keçirilən bu kibercinayətə son verməyi tələb edirik. Hakimiyyət anlamalıdlr ki, cəmiyyətdə ikrah yaradan, Azərbaycan dövlətinin beynəlxaq səviyyədə imicinə ciddi zərbə vuran, bu cür qanunsuz əməllərlə demokratik müxalifətin diqqətini cəmiyyətin sosial problemlərindən yayındırmaq mümkün olmayacaq.
Bu cür kriminal yollarla ictimai rəyi çaşdırmağa, demokratik proseslərə zərbə vurmağa çalışan hakimiyyət bilməlidir ki, hazırkı böhran vəziyyətindən çıxış yolu, məhz ölkədə real islahatlara başlamaqdan və cəmiyyətin tələblərini eşitməkdən keçir," sənəddə vurğulanır.

Xatırlatma

Azərbaycan Xalq Cəhəsi Partiyası bildirir ki, bu qurumun sədri Əli Kərimlinin artıq bir aydan çoxdur internet və mobil telefon əlaqəsi kəsilib.

Telefon şirkətinin açıqlaması

Azercell
Azercell

"Azercell" şirkəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin internet və mobil telefonunun kəsilməsi ilə bağlı bildirib ki, bu şirkətin Kərimlinin mobil telefonunun və internetinin bloklanmasına bağlılığı yoxdur.

“"Azercell Telekom" MMC öz fəaliyyətində telekommunikasiya haqqında qüvvədə olan qanunvericiliyi rəhbər tutmaqla, bütün müştəriləri ilə bərabər davranır və onların arasında siyasi baxışlarına görə fərq qoymur”

"Azersell" bildirir ki, sistemlərə nəzarət və onların işinin həm ümumi olaraq, həm də ayrı-ayrı istifadəçilər üçün tənzimlənməsi mobil operatorların texniki imkanları və səlahiyyətləri xaricindədir.

"Proqramlardan və sosial şəbəkələrdən istifadə ilə bağlı təhlükəsizlik tədbirləri müvafiq istifadə qaydalarına və şərtlərinə, habelə proqramın və proqram istifadə edilən mobil cihazın sazlama şərtlərinə uyğun olaraq "Azercell Telekom" tərəfindən deyil, müvafiq proqramın inzibatçıları və istifadəçiləri tərəfindən təmin edilir.

Beləliklə, provayder abunəçilərindən birinin bloklanmasının səbəbini bilmir və bunu araşdırmaqda maraqlı deyil," şirkətin şərhində deyilir.

Beynəlxalq Reaksiya

Bir çox beynəlxalq təşkilatlar, o cümlədən Amnesty İnternational, Human Rights Watch bildirir ki, Azərbaycan koronavirusla mübarizədə repressiv tədbirlərdən istifadə edir.

Tofiq Yaqublu etiraz aksiyası zamanı polislər tərəfindən saxlanılarkən
Tofiq Yaqublu etiraz aksiyası zamanı polislər tərəfindən saxlanılarkən

Amnesty İnternational-ın aprel ayında açıqladığı illik hesabatında deyilir ki, Belarusdan tutmuş Qazaxıstana, Azərbaycandan tutmuş Rusiyaya qədər bir bölgədə keçən il yaşanan ağır vəziyyətdən sonra hökumətlərin koronavirusun yayılmasının qaqrşısını almaq üçün gördükləri təcili tədbirlər və geniş məhdudiyyətlər kimi sağlamlıq tədbirləri gələcəkdə insan haqlarının tapdalanacağına xidmət edəcəyinə dair narahatlıqlar doğurur.

Hökumətin mövqeyi

Hakimiyyət bir qayda olaraq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət Azərbaycanda media azadlığı da daxil olmaqla, bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

XS
SM
MD
LG