Accessibility links

AXCP fəalları həbs edilib


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Şəki rayon təşkilatının Gənclər Komitəsinin sədri Samir Həsənov fevralın 8-də rayon məhkəməsinin qərarı ilə 23 sutka inzibati qaydada həbs verilib. Bu barədə Amerikanın Səsinə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

Onun sözlərinə görə, S.Həsənov fevralın 7-də saxlanılan partiya təşkilatınn sədri İslam Həsənova yemək apararkən tutulub.

“Onu polisə müqavimətdə təqsirli biliblər. Bizə verilən xəbərlərə görə S.Həsənova polis şöbəsində işgəncə verilib, ona hansısa sənədə imza atdırıblar, fevralın 8-də isə məhkəmə önünə çıxarıblar”.

Fevralın 6-da AXCP Şəki təşkilatının sədri İslam Həsənov polis tərəfindən saxlanılıb. Onu yol polisi ilə mübahisə etdiyin' görə saxlayıblar, fevların 7-də yerli məhkəmə 25 sutka inzibati həbs verib.

Şəki rayon Polis Şöbəsinin növbətçi hissəsindən İ.Həsənovun polis tərəfindən saxlanılması barədə məlumatlarının olmadığını bildiriblər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG