Accessibility links

Məhkəmə AXCP fəalını həbsdə saxlayıb


Aqil Məhərrəmov
Aqil Məhərrəmov

Bakının Xətai rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəallarından Aqil Məhərrəmovun işinə yenidən baxılması, cinayət məsuliyyətindən azad edilməsi barədə ərizəsini təmin etməyib.

Bu barədə vəkil Aqil Layıc bildirib.

Onun sözlərinə görə AXCP funksioneri haqqında bu qərarı hakim Tərlan Əkbərov verib.

Vəkil Aqil Layıc qərardan apellyasiya şikayəti verəcəyini deyib

"Bu ilin iyununda cinayət qanunvericiliyinə iqtisadi cinayətlərin humanistləşdirilməsi ilə bağlı bir sıra dəyişikliklər edilib. Məhz ona əsaslanaraq məhkəməyə ərizə vermişdik. Təəssüf ki, təmin olunmadı. Məhərrəmlinin ittiham üzrə nə zərər var, nə zərərçəkən, nə də gəlir," vəkil qeyd edib.

Onun firkincə, belə hallarda Cinayət Məcəlləsi şəxsə qarşı cinayət təqibinə xitam verilməsini diktə edir.

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıb. AXCP fəalları ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.

Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.

Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə günahkar bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovu 7 il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovu 3 il həbsə məhkum edib.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, bunu “qurama iş” adlandırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG