Accessibility links

AXCP-nin iki fəalı həbs edilib, daha üç fəal isə saxlanılıb


AXCP
AXCP

Mayın 9-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) dahaiki fəalı Elxan Əliyev və Əli İmanxanlı həbs edilib.

AXCP-nin məlumatına görə, eləbu gün partiyanın fəalları Nərimanov rayon Məhkəməsinin qərarı iləİnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejiminin pozulması) və 535.1 (polisə tabe edilməməsi) maddələri ilə təqsirli bilinərək hər biri 30 sutka həbsə məhkum edilib.

AXCP Mingəçevir təşkilatının fəalı saxlanılarkən (Fotonu AXCP-nin yerli təşkilatı yayıb)
AXCP Mingəçevir təşkilatının fəalı saxlanılarkən (Fotonu AXCP-nin yerli təşkilatı yayıb)

Bununla yanaşı, mayın 9-da AXCP Mingəçevir təşkilatının fəalı Ceyhun Rzayev, onunla bərabər daha iki icitimai fəal saxlanılıb. Onlar Azərbaycan Demokratik Respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin portretini küçədə asarkən polis tərəfindən saxlanılıb. Digər iki ictimai fəal isə Rzayevlə birgə olub. Fəallar Mingəçevir şəhər Polis Şöbəsində saxlanılır. Bu barədə Amerikanın Səsinə AXCP Mingəçevir təşkilatından bildiriblər.

Rəsmi qurumlar müxalif fəalların həbsi və saxlanılması barədə xəbərlərə hələ münasibət bildirməyib. Daxili İşlər Nazirliyi bir qayda olaraq karantin qaydalarının tətbiqində ayrıseçkiliyə yol verilmədiyini bildirir.

AXCP karantin dövründə 14 AXCP fəalı inzibati qaydada, 1 fəal isə cinayət təqibi ilə həbs edilidiyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG