Accessibility links

AXCP-nin qadın fəalları etiraz aksiyası keçirib


AXCP-nin qadın fəalları etiraz aksiyası keçirib
AXCP-nin qadın fəalları etiraz aksiyası keçirib

Qadınlar işgəncələrə, həbslərə etiraz edib

Yanvarın 24-də Bakının mərkəzində, Fəvvarələr meydanında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup qadın üzvü 30 sutka inzibati həbsə məhkum edilmiş AXCP fəalı Əlzamin Salayevin həbsinə və işgəncələrə məruz qalmasına etiraz olaraq aksiya keçirib.

Aksiya iştirakçıları “Əlzaminə azadlıq!”, “Qadına qarşı zorakılığa son!”, “Polis zorlayır, şərləyir, həbs edir, işgəncə verir!”,“Polis zorakılığına son!”,“İşgəncələrə son!”, “Biz demokratiya istəyirik!” və başqa şüarlar qaldırıb. Aksiya iştirakçıları həmçinin daxili işlər naziri Vilayət Eyvazova istefa şüarı səsləndirib.

Polis aksiyanın qarşısını alıb. Bu zaman aksiya iştirakçılarından biri bildirib ki, polis qadını zorlayıb, qadının hüquqlarını müdafiə edən AXCP fəalı 30 sutka, zorakılığa məruz qalan qadın isə 7 il həbsə məhkum edilib.

Əlzamin bəy polis şöbəsində və idarəsində fiziki zorakılığa məruz qalıb. Onun həyatı təhlükədədir. Biz Əlzamin bəyin xəstəxanaya yerləşdirilməsini və ona işgəncə verən polis əməkdaşlarının məsuliyyətə cəlb edilməsini tələb edirik.
Aksiya iştirakçısnın dediklərindən sitat

“Əlzamin bəy polis şöbəsində və idarəsində fiziki zorakılığa məruz qalıb. Onun həyatı təhlükədədir. Biz Əlzamin bəyin xəstəxanaya yerləşdirilməsini və ona işgəncə verən polis əməkdaşlarının məsuliyyətə cəlb edilməsini tələb edirik. Biz polisin bu hərkətlərinə etiraz edirik,” qadınlardan biri onların qarşısını kəsən mülki geyimli şəxsə bildirib.

Polis aksiya iştirakçılarını “Sahil” metro stansiyasına sıxışdırıb.

AXCP-nin Salyan rayon təşkilatının fəalı Əlzamin (Zamin) Salayev Salyan rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi, polis kapitanı Həmzə Əzizovun 21 yaşlı gənc qızı zorladığını iddia edib. Daha sonra AXCP Salyan Rayon Təşkilatından Ali Məclis üzvü Əlzamin Salayev yanvarın 13-də Bakının Səbail rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib.

Əlzamin Salayev İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) ilə ittiham olunub. O polis şöbəsində ağır işgəncələrə məruz qaldığını bildirib.

AXCP-nin qadın fəalları aksiya keçirib
AXCP-nin qadın fəalları aksiya keçirib

Bu gün Milli Şura saxlanılma zamanı Əlzamin Salayevin Səbail Polis İdarəsində və bu idarənin 8-ci Polis Bölməsində ağır işgəncələrə məruz qalması ilə bağlı bəyanat yayıb. Əlzamin Salayevin ağır işgəncələrə məruz qalması ilə bağlı özünün yazdığı iddia edilən əlyazmanın surəti isə sosial şəbəkələrdə yayılıb.

Öz növbəsində, Daxili İşlər Nazirliynin mətbuat xidmətinin rəisi Ehsan Zahidov işgəncələrlə bağlı deyilənləri təkizb edib.

“Salayevin polislər tərəfindən döyülmə xəbəri uydurmadır. Bu, həqiqət olmayan xəbərləri o adamlar yayır ki, xalqı qorumaqla yox cinayətkarları müdafiə etməklə məşğuldur və bunu özlərinə peşə seçiblər. Onların dediklərin hamısı uydurmadır. Zamin Salayev paytaxtın Səbail rayonunda sərxoş vəziyyətində ictimai asayışı pozmağa yönəlik hərəkətləri edərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə barəsində toplanmış matetiallarla birlikdə məhkəməyə təqdim olunub və məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunub," o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG