Oktyabrın 7-də vəfat edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının dəfn mərasimində iştirak edən AXCP və Milli Şuranın bir neçə fəalı saxlanılıb.
Bu barədə AXCP məlumat yayıb.
“Saxlanılanlar arasında Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal, jurmalist Fatimə Mölamlı da var. AXCP sədrinin müavini Seymur Həzi də saxlanılıb, lakin bir qədər sonra sərbəst buraxılıb,” hazırda dəfn məraismində iştirak edən AXCP funksioneri Amerikanın Səsinə bildirib.
Rəsmi qurumlar hələ bu məlumata münasibət bildirməyib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı oktyabrın 7-də uzun sürən xəstəlikdən sonra vəfat edib.
Gözəl Bayramlı Azərvaycan Milli Azadlıq Hərəkatının fəallarından idi. O, keçmiş siyasi məhbus olub. Gözəl Bayramlını 2017-ci il mayın 25-də Gürcüstandan Azərbaycana qayıdarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları saxlamışdı.
Onun barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlanıb və haqqında həbs qətimkan tədbiri seçilmişdi. 2018-ci il yanvarın 23-də Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilmişdi.
2019-cu ilin martında Gözəl Bayramlı əfv sərəncamı ilə azadlığa buraxılmışdı.
Gözəl Bayramlı həbsini sifariş adlandırırdı.