Accessibility links

AXCP sədri Əli Kərimli sərbəst buraxılıb


AXCP sədri Həmrəylik Marafonu zamanı polis tərəfindən saxlanılmışdı

İyunun 28-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bir saat yarımadək Bakının Binəqədi rayon Polis İdarəsində saxlanıldıqdan sonra sərbəst buraxılıb.

O, məhkəmələr tərəfindən cərimələnən müxalif fəalların cərimələrini ödəmək məqsədi ilə Repressiya və İşgəncələr Əleyhinə Komitənin Müsavat Partiyasının qərargahında təşkil etdiyi Həmrəylik Marafonunda iştirak edərkən polis tərəfindən saxlanılıb.

"İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı bundan sonra da alınacaq", rəsmi münasibət

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda deyilir ki, AXCP sədri Əli Kərimli Binəqədi rayonu ərazisində yerləşən Müsavat Partiyasının qərargahının qarşısından qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə dəvət edilib.

“Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə mitinq və qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantının keçirilməsinə cəhdin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğu onun nəzərinə çatdırılıb.

"İctimai asayişin pozulmasına yönələn belə qanunsuz hərəkətlərin qarşısı bundan sonra da qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla, təşkilatçıların məsuliyyətə cəlb olunacaqları barədə “Prokurorluq haqqında” qanunun tələblərinə uyğun olaraq ona rəsmi xəbərdarlıq edilib və sərbəst buraxılıb,” məlumatda qeyd edilir.

Əli Kərimli: Hüquq mühafizə orqanları xeyriyyə marafonu ilə yürüşü qarışdırıb

AXCP sədri Əli Kərimli
AXCP sədri Əli Kərimli

AXCP sədri Əli Kərimli isə sərbəst buraxıdlıqdan sonra bildirib ki, hüquq- mühafizə orqanları səhv başa düşüb, xeyriyyə marafonu ilə yürüşü qarışdırıb.

“Bakı şəhər prokurorunun müavini, Binəqədi rayon prokuroru və Binəqədi rayon Polis İdarəsinin rəisi öz aləmlərində xəbərdarlıq elan etdilər ki, guya biz hansısa yürüş keçirmək istəmişik, idarə və müəssisələrin işini pozmaq istəmişik, ictimai qaydanı pozmağa çalışmışıq. Mən də izah etdim ki, heç bir qanunsuz hərəkətimiz olmayıb. Biz qanunsuz cərimələnmiş adamlara xeyriyyə marafonu keçiririk. Burada qanunsuz heç nə yoxdur. Biz yürüş keçirəndə onu qabaqcadan bəyan edirik. Ona görə də bu xəbərdarlığı da qanunsuz hesab etdim. Baş verənlər Azərbaycan hakimiyyətinin sivil rəqabətə hazır olmadığını göstərir. Hakimiyyətin polis mahiyyəti bir daha üzə çıxır” , Kərimli qeyd edib.

Cəmil Həsənli: Bu polisin kobud müdaxiləsidir

Cəmil Həsənli: Bu humanist bir aksiyaya kobud polis müdaxiləsidir
please wait

No media source currently available

0:00 0:07:50 0:00

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Amerikanın Səsinə bildirib ki, Həmrəylik Marafonu siyasi aksiya olmayıb.

“Bu, humanist bir aksiya idi. Saxta ittihamla cərimə olunmuş insanlara cərimələrin ödənilməsi istiqamətində kömək göstərmək məqsədi ilə humanist bir aksiya idi. Aksiya başladıqdan 15 dəqiqə sonra Müsavat Partiyasının qərargahı polis tərəfindən mühasirəyə alındı. Aksiyanın gedişində AXCP sədri Əli Kərimlini hansısa media işçisi müsahibə almaq üçün dəvət etdi. Bu zaman polis Əli Kərimlini saxladı. Bu, Müsavat Partiyasının girişindəki foyedə baş verdi. Sonra media nümayəndələrinə təzyiqlər oldu. Onların çəkiliş apardıqları aparataların alınması, özlərinin polis avtomobillərinə zorla mindirilməsi halları oldu” , o qeyd edib.

Onun fikrincə, bu, polisin kobud medaxiləsidir.

“Bu, Azərbaycanın konstitusion prinsiplərinin işləməməsinin nəticəsidir. Vətəndaşların konstitusion haqlarından istifadə edə bilməməsinin açıq-aydın göstəricisidir” , Həsənli qeyd edib.

Mehman Əliyev: Hakimiyyət daha sərt yol tutub

Mehman Əliyev: Hakimiyyət sərtləşdirmə mövqeyini tutub
please wait

No media source currently available

0:00 0:01:45 0:00

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə bildirib ki, son kadr dəyişikliyi onu gösrərir ki, hakimiyyət cəmiyyətdə artan etirazları, narazılığı və aktivliyi dialoqla həll etmək yerinə daha çox sərt yol tutub.

“AXCP sədrinin saxlanılması artıq birinci nümunədir. Hesab edirəm ki, bu davam edəcək. Çünki hakimiyyət sərtləşmə mövqeyindən çıxış edir. Dialoqla bağlı çağırışları görmürəm. Səslənən bəyanatlar, açıqlamalar aqressiv xarakter daşıyır və cəmiyyətlə qarşıdurmaya aparır”, Əliyev qeyd edib.

Əli Əhmədov: Məhkəmə hökmü olanlara dəstək marafonu keçirmək qanunazidd hərəkətdir

Əli Əhmədov
Əli Əhmədov

Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Əli Əhmədov hesab edir ki, müxalifətçi partiyanın sədri Əli Kərimli törətdiyi qanunsuzluqlara görə haqqında müxtəlif cərimələr təyin olunmuş şəxslərə maddi dəstək göstərmək adı altında xeyriyyə marafonu keçirmək istəyir.

“Törətdiyi qanunazidd əməllərə görə haqqında cərimələnmək kimi məhkəmə hökmü olanlara bu formada dəstək göstərmək məqsədilə çağırışlar səsləndirmək, marafon keçirmək qanunazidd hərəkətdir. Məqsəd insanlarda qanunun aliliyi prinsipinə, dövlət orqanlarına etimadsızlıq yaratmaqla asayişi pozmaq, qarışıqlıq yaratmağa cəhd göstərməkdir. Buna yol verilə bilməz və yol verilməməlidir” , o, Facebook səhifəsində yazıb.

Gültəkin Hacıbəyli: Bu sağlam düşüncəyə sığmayan qanunsuzluqdur

Gültəkin Hacıbəyli: Azərbaycan hakimiyyəti reallıq hissini itirib
please wait

No media source currently available

0:00 0:02:04 0:00

“Azərbaycan dünyada baş verən müsbət tendensiyaya əks bir mövqe tutub. Ukraynada, Gürcüstanda, Türkiyədə baş verənlərə baxın. Bunun qarşılığında Azərbaycanda tamamilə əks, eybəcər bir proses gedir.” Bu barədə Milli Şuranın üzvü, Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assamableyasında daimi nümayəndə heyətinin keçmiş sədr müavini Gültəkin Hacıbəyli AXCP sədri Əli Kərimlinin saxlanılması ilə bağlı Amerikanın Səsinə bildirib.

“AXCP sədrinin saxlanılması Azərbaycan hakimiyyətinin son təyinatlarının təcəssümüdür. Azərbaycan hakimiyyəti yeni təyinatlarla repressiya maşınını gücləndirmək qərarına gəlib. Artıq yeni təyin edilən insanlar da özlərini bu sahədə sınamağa başlayıb. Bir ölkənin müxalifət liderinə qarşı bu qədər əsassız və saymazyana hücum edilir, o tədbirdən zorakılıqla polisə aparılır, ona qarşı qanunsuz əməl törədilir. Müsavat Partiyasının qərargahına hücum edilir. Biz orada özmümzü sanki əsirlikdə hiss edirdik. Bu polis mənim asayişimi təmin etməlidir. Niyə bizə hücum etməlidir? Bu sağlam düşüncəyə sığmayan qanunsuzluqdur,” Hacıbəyli qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG