Accessibility links

AXCP sədrinin mühafizəçisi 30 sutka həbsə məhkum edilib


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin mühafizıçisi Ruslan Əmirov İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə günahlı bilinərək Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib.

Bu barədə AXCP məlumat yayıb.

Şahidlərin dediyinə görə, Ruslan Əmirov xəstə uşağını həkimə apararkən saxlanılıb.

Rəsmi qurumlar müxalifət fəalının saxlanılması barədə hələ məlumat yaymayıb.

Elə bu gün AXCP-nin daha bir fəalı, Faiq Əmirov karantin rejimini pozmaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib.

AXCP sədri Əli Kərimli prezident Əliyevin Novruz bayramı təbriki zamanı dediklərinə işarə edərək bildirir ki, İlham Əliyevin anons etdiyi “müxalifəti təcrid etmə” əməliyyatı tam sürətlə aparılır.

“2019-cu ilin 19 oktyabr mitinqi ərəfəsində ictimai əsaslarla sürücüm Paşa Umudov həbs olunmuşdu. Onu cinayət işilə şərləyiblər. Hələ də siyasi məhbusdur. Dünən köməkçim Faiq Əmirov mülki geyimlilər tərəfindən oğurlanmışdı, bu gün ona sifarişlə 30 sutka inzibati həbs verildi. Bu gün də mühafizəçim Ruslan Əmirovu eyni qaydada oğurlayıblar. Bütün dünya koronavirusla mübarizə aparır, Azərbaycan hakimiyyəti isə karantin vəziyyətini fürsət bilib, müxalifət fəallarının kütləvi şəkildə həbsinə start verib. Xalqımızı və dünya ictimaiyyətini bu qəddar və repressiv siyasəti hamılıqla qınamağa, pisləməyə çağırıram,” o qeyd edib.

XS
SM
MD
LG