Accessibility links

AXCP sədrinin mühafizəçisi həbs edilib


Ruslan Əmirov
Ruslan Əmirov

Mayın 29-da Bakının Qaradağ rayon Məhkəməsi hakim Kamran Əsədovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı, bu partiyanın sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Ruslan Əmirovu İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi (Xırda xuliqabnlıq) ilə günahlı bilərək 15 sutka inzibati həbsə məhkum edib.

Bu barədə AXCP-nin məlumatında deyilir.

Məlumatda bildirilir ki, Ruslan Əmirov mayın 28-də Masallı rayonunda (Bakıdan 236 kilometr cənub) polis tərəfindən saxlanılaraq Bakının Qaradağ rayon Polis İdarəsinə gətirilib.

AXCP Əmirovun həbsini siyasi sifariş hesab edir.

“Bu həbs hökumətin ictimaiyyətə meydan oxuması, qanunvericiliyə riayət etməməsidir. Hökumət qəsdən siyasi vəziyyəti gərginləşdirmək istəyir,” AXCP sədrinin müavini Seymur Həzi bildirib.

Hazırda Əli Kərimlinin iki mühafizəçisi cinayət təqibi ilə, bir mühafizəçisi və köməkçisi inzibati qaydada həbsdədir.

AXCP-nin məlumatına görə, karantin rejimi dövründə bu partiyanın 26 fəalı inzibati qaydada, 3 fəalı cinayət təqibi ilə həbs edilib. Onlardan iki nəfəri karantin dövründə iki dəfə həbsə məruz qalıb.

Rəsmi qururmlar Ruslan Əmirovun həbsi ilə bağlı hələ məlumat yaymayıb. Bununla yanaşı, Daxili İşlər Nazirliyi karantin rejimi zamanı qanunvericiliyin tətbiqində ayrıseçkiliyə yol verilmədiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG