Accessibility links

AXCP sədrinin mühafizəçisi saxlanılıb


Ruslan Əmirov
Ruslan Əmirov

Aprelin 9-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ruslan Əmirov saxlanılıb. Bu barədə AXCP məlumat yayıb.

Şahidlərin dediyinə görə, Ruslan Əmirov xəstə uşağını həkimə apararkən saxlanılıb.

Rəsmi qurumlar müxalifət fəalının saxlanılması barədə hələ məlumat yaymayıb.

Elə bu gün AXCP-nin daha bir fəalI, Faiq Əmirov karantin rejimini pozmaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib.

AXCP sədri Əli Kərimli prezident Əliyevin Novruz bayramı təbriki zamanı dediklərinə işarə edərək bildirir ki, İlham Əliyevin anons etdiyi “müxalifəti təcrid etmə” əməliyyatı tam sürətlə aparılır.

“2019-cu ilin 19 oktyabr mitinqi ərəfəsində ictimai əsaslarla sürücüm Paşa Umudov həbs olunmuşdu. Onu cinayət işilə şərləyiblər. Hələ də siyasi məhbusdur. Dünən köməkçim Faiq Əmirov mülki geyimlilər tərəfindən oğurlanmışdı, bu gün ona sifarişlə 30 sutka inzibati həbs verildi. Bu gün də mühafizəçim Ruslan Əmirovu eyni qaydada oğurlayıblar. Bütün dünya koronavirusla mübarizə aparır, Azərbaycan hakimiyyəti isə karantin vəziyyətini fürsət bilib, müxalifət fəallarının kütləvi şəkildə həbsinə start verib. Xalqımızı və dünya ictimaiyyətini bu qəddar və repressiv siyasəti hamılıqla qınamağa, pisləməyə çağırıram,” o qeyd edib.

XS
SM
MD
LG