Accessibility links

AXCP Təşkilat Şöbəsinin rəhbəri həbs edilib


Saqif Qurbanov

Fevralın 15-də Səbail rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü, partiyanın təşkilat şöbəsinin müdiri Saqif Qurbanov 15 sutka inzibati həbsə məhkum edilib.

Bu barədə Amerikanın Səsinə AXCP-dən bildiriblər.

“Sadiq Qurbanov fevralın 24-də Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə dəvət edilib. Qurbanov polisin çağırışı ilə 8-ci Polis Bölməsinə gedib. Onu oradan Səbail Polis İdarəsinə aparıblar. Bu gün Səbail rayon Məhkəməsi Sadiq Qurbanova 15 sutka inzibati həbs verib,” AXCP-nin məsul əməkdaşı Amerikanın Səsinə bildirib.

Saqif Qurbanov bundan öncə, bu il yanvarın 20-də 20 sutka inzibati qaydada həbs olunmuşdu.

Rəsmi qurumlar Qurbanovun həbsi ilə bağlı hələ məlumat yaymayıb.

AXCP ötən həftə 4 fəalının inzibati qaydada həbs edildiyini bildirir.

Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinq ərəfəsində və mitinqdən sonra AXCP-nin altmışdan çox fəalı saxlanılıb. Onlardan 43 nəfəri 10 sutkadan 30 sutkayadək inzibati həbsə məhkum edilib. Partiyanın 21 fəalı 200 manatdan 500 manatadək, o cümlədən AXCP sədri Əli Kərimli 2500 manat inzibati qaydada cərimə olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada amerikalı jurnalist saxlanıb
please wait

No media source currently available

0:00 0:09:40 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG