Accessibility links

AXCP və Müsavat: “Fəalların polisə dəvət edilməsinə son qoyulsun”


Milli Şuranın yanvarın 19-da "Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə keçirilən mitinqindən sonra çoxsaylı insanın polisə dəvət edildiyi bildirilir. Dəvət edilənlərin əksəriyyəti Milli Şuranın üzvləridir. Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları onlarla fəalının polisə çağırıldığı barədə məlumatlar yayıb.

Müsavat tərəfdarları Rəsulzadənin abidəsi önündə
Müsavat tərəfdarları Rəsulzadənin abidəsi önündə

“Müsavat Partiyası ölkə boyu keçirilən qanunsuz təqibləri insanların fundamental hüquqlarının pozulması olduğunu bəyan edərək, vətəndaşların Konstitusion hüquqlarının qorunmasına görə hakimiyyətin məsuliyyət daşıdığını bildirir.

Müsavat Partiyası təqiblərin dərhal durdurulmasını polis bölmələrində və həbsdə olan fəalların dərhal azad edilməsini tələb edir.”

Bu barədə Müsavat Partiyasının bəyanatında deyilir.

Hakimiyyət mitinq iştirakçılarına total təzyiqlərə rəvac verməklə, cəmiyyəti qorxutmaq və növbəti mitinqlərin kütləviliyinin qarşısını almağa çalışır.
Müsavat Partiyasının bəyanatından

Sənəddə deyilir ki, müxalif qüvvələrin yanvarın 19-da keçirdiyi mitinq ərəfəsində və mitinqdən sonra ölkə boyunca Müsavat Partiyası üzvlərinə hakimiyət nümayəndələri və polis orqanları tərəfindən total basqılar davam edib.

“Müsavat Partiyasının Gənclər Təşkilatının üzvü Elman Quliyev qanunsuz olaraq həbs edilib. Mitinqdən sonra isə Müsavat Partiyasının fəallarına respublikanın Ağdam, Füzuli, Qubadlı, Bərdə, Zərdab, Şirvan, Şabran, Kürdəmir, Qax, Balakən rayonlarında, Bakı şəhərinin Yasamal, Xəzər, Xətai, Binəqədi, Səbail, Nərimanov, Qaradağ, Nəsimi, Nizami rayonlarında, Sumqayıt şəhərində və digər rayonlarda yerli İcra Hakimiyəti nümayəndələri və polis bölmə və şöbələrindən zənglər olur, bu şəxslər müxtəlif bəhanələrlə polisə dəvət olunur və onlara mənəvi təzyiqlər davam edir” , bəyanatda deyilir.

Partiya fəalı Elvin Abdullayev dünəndən Xətai rayon polis bölməsində saxlanılır. Onunla əlaqə saxlamağa imkan verilmir.

Müsavat Partiyası hesab edir ki, hakimiyyətin həyata keçirdiyi bu qanunsuz tədbirlər vətəndaşların sərbəst toplaşma hüququnun kobud pozuntusudur.

"Hakimiyyət mitinq iştirakçılarına total təzyiqlərə rəvac verməklə, cəmiyyəti qorxutmaq və növbəti mitinqlərin kütləviliyinin qarşısını almağa çalışır."

Əli Kərimli tərəfdarları ilə birgə
Əli Kərimli tərəfdarları ilə birgə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə AXCP-nin 16 funksionerinin həbs edildiyini yazıb.

“Saysız-hesabsız adamlara zəng edirlər, "mitinqə getməyin" deyirlər. Kimi qorxuda bilirlərsə, onu hədələyirlər, kimdən sərt cavab alırlarsa, ondan xahiş edirlər ki, daha mitinqə getməsin. 20 minlik mitinq bunları çaşdırıb. Biz meydanlarda 50 min, 100 min, 200 min olanda bunların durumunu özünüz təsəvvür edin” , o, Facebook səhifəsində qeyd edib.

26 yanvar mitinqinin kütləviliyini təmin etmək lazımdır.
Əli Kərimli, AXCP sədri

Onun sözlərinə görə, həbs edilənlər mitinqin təşkilatçılarıdır.

“Sadə mitinq iştirakçılarını hədələsələr də, həbs etdikləri mitinqin təşkilatçılardır. Nəzərə alın ki, təşkilatçıların sırası seyrəldiyi üçün onların da əvəzindən işləmək, 26 yanvar mitinqinin kütləviliyini təmin etmək lazımdır”, Kərimli bildirib.

O, Facebook səhifəsində həbs edilən AXCP funksionerlərinin fotoları əks olunmuş plakat da yayıb. AXCP funksionerləri yanvarın 19-da keçirilən mitinq ərəfəsində 20 sutkadan 30 sutkayadək inzibati həbsə məhkum edilib.

Həbsdə olan mitinq təşkilatçıları (Plakat Əli Kərimlinin facebook səhifəsindədir)
Həbsdə olan mitinq təşkilatçıları (Plakat Əli Kərimlinin facebook səhifəsindədir)

Öz növbəsində, rəsmi Bakı insanların siyasi baxışlarına və fikirlərinə görə təqib olunmadığını bildirir. Dövlət rəsmiləri ölkədə bütün fundamental azadlıqların, o cümlədən ifadə və toplaşmaq azadlığının tam təmin edildiyini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG