Accessibility links

AXCP fəalından biri 15 günlük inzibati həbs cəzası alıb, digəri DTX-ya çağırılıb


Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Ceyhun Rzayev 15 günlük inzibati qaydada həbs olunub.

Partiyadan Amerikanın Səsinə verilən məlumata görə, Ceyhun Rzayev həbsdə olan blogerlər Elçin Həsənzadə və İbrahim Türksoyun azadlıq tələbilə Mingəçevirdə təkadamlıq etiraz aksiyasını keçirib.

Partiya Ceyhun Rzayevin həbsdə olan Elçin Həsənzadənin və Ibrahim Türksoyun həbs olunmalarına etiraz edərək Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısının avtomobilinin ön şüşəsinə onların şəkillərini qoyub və polis tərəfindən saxlanıldığını deyib.

Öz növbəsində Mingəçevir Şəhər İcra Hakimiyyətindən Turana belə bir hadisə olmadığını bildirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov isə Turana bildirib ki, vətəndaş Ceyhun Rzayev Mingəçevir şəhəri ərazisində ictimai qaydanın pozulmasına yönələn hərəkətlərə yol verdiyi üçün o, polis əməkdaşları tərəfindən intizama dəvət edilib.

"Lakin həmin şəxs polisin qanuni tələbinə məhəl qoymayıb və hərəkətlərini davam etdirib. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 ( Xırda xuliqanlıq) və 535-ci ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib olunub, baxılması üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə C.Rzayev 15 gün müddətinə inzibati qaydada həbs olunub".

Bundan əlavə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Bəxtiyar Yusubovun Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Gəncə Şəhər İdarəsinə çağırılıb.

Bu barədə oktyabrın 5-də B.Yusubov özü də Facebook səhifəsindəyazıb

Xatırlatma

Bu ilin martında Şəki Apellyasiya Məhkəməsi blogerlər Elçin Həsənzadə və İbrahim Türksoyu böhtan və təhqir ittihamı ilə 8 ay müddətinə azadlıqdan məhrum edib.

Xüsusi ittiham qaydasında iddia şəhər Mənzil İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayev tərəfindən verilib. O, Həsənzadənin və İbrahim Türksoyun Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsini tələb edib. İddiaya sosial şəbəkələrdə məmur haqqında tənqidi nəşrlər səbəb olub.

Daha əvvəl Migəçevir məhkəməsi hər iki fəalı bir il islah işlərinə məhkum etmişdi, blogerlər hökmdən şikayət veriblər, amma Apellyasiya Məhkəməsi cəzanı real həbs cəzası ilə əvəz edib.

Həsənzadə eyni zamanda hüquq-müdafiə fəaliyyəti ilə məşğul olurdu, keçmişdə isə Sumqayıtda dərc olunan “Yüksəliş naminə” qəzetinin redaktor müavini olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG