Accessibility links

AXCP sədrinin mühafizəçisi saxlanıb


Bəhruz Həsənli
Bəhruz Həsənli

Bəhruz Həsənli polisin qanuni tələbinə tabe olmama zəminində polisə aparılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənli Suraxanı rayonunda saxlanılıb. Bu barədə Amerikanın Səsinə AXCP-dən bildiriblər.

AXCP-nin məlumatına görə B.Həsənlini maşını ilə adam vurmaq iddiası ilə saxlayıblar. Məsələni araşdırmaq üçün B.Həsənli Suraxanı rayon polis idarəsinə aparılıb. Polis idarəsinə aparıldıqdan dərhal sonra mobil telefonuna zəng çatmayıb. Araşdırmanın nə qədər çəkəcəyi məlum deyil.

Öz növbəsində Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə Amerikanın Səsinə deyib ki, Bəhruz Həsənli yol polisi əməkdaşı ilə mübahisə və polisin qanuni tələbinə tabe olmama zəminində Suraxanı rayon Polis İdarəsinə aparılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG