Accessibility links

Şaxtalı hava şəraiti Avropa qitəsini bürüyüb


Şaxtalı hava şəraiti Avropa qitəsini bürüyüb
Şaxtalı hava şəraiti Avropa qitəsini bürüyüb

Şaxtalı hava şəraiti Avropa qitəsini bürüyüb. Polşada donvurmadan 6 adam həlak olub. Yüzlərlə kənd və on minlərlə insan ehtiyac içərisindədir. Ağır qar və çayların donu əsas limanların fəaliyyətini dayandırıb. Serbiyanın Danube və İbar çaylarının buzunun sındırılmasına çalışılır. Belə ki, buzların daşqınlara yol açacağından ehtiyat edilir.

Avropada soyuq hava şəraiti 400 ölüm halına yol açıb. Ukraynada temperatur -30 dərəcədən aşağıdır. Bu ölkədə 122 adam soyuğun qurbanı olub. Onların əksətiyəyit evsizlərdir.

Şərqi Avropa ölkələrində havanın istişməsi ehtimalı təhlükəyə səbəb ola bilər. Bolqarıstanın Biser kəndinfəki sədd qarın əriməsi səbəbi ilə dağılaraq, 8 adamın ölümünə bais olub.

XS
SM
MD
LG