Apollo-11 missiyasının heyət üzvlərini Aya aparan raketin fəzaya göndərilməsinin 50 illiyi münasibətilə raketin təsviri iyulun 16-ı Vaşinqton abidəsinin üzərində projektorlar vasitəsilə əks etdirilib.
Milli Xiyabana gələn ziyarətçilər 169 metrlik abidənin üzərində Saturn Five raketinin video görüntülərini izləyib.
Üçmərtəbəli raket Floridada yerləşən Kennedi Fəza Stansiyasında 1969-cu il iyulun 16-ı fəzaya göndərilib. Tarixi uçuşun heyət üzvləri Neil Armstrong, Bazz Aldrin və Maykl Kollins olub.
Dörd gün sonra Armstrong Ayın səthinə ayaq qoyaq ilk insan olub.
Milli Xiyabanda keçirilən şou dünya üzrə bu hadisənin qeyd edildiyi bir çox tədbirdən biridir.