Accessibility links

Aya ilk uçuş - Apollo 8


Aya ilk uçuş -Apollo 8
please wait

No media source currently available

0:00 0:03:06 0:00

Aya ilk uçuş -Apollo 8

1968-ci ilin Milad gecəsi NASA kosmonavtları Bil Anders, Franks Borman və Cim Lovel o vaxta qədər heç kəsin etmədiyini edərək Ayın orbitinə səfərə çıxır.

Apollon 8 ilk növbədə Yer ətrafında olaşaraq tapşırıq və ay modullarını test etmək üçün hazırlanmış missiya idi. Ancaq Soyuq Müharibənin qızğınlığı Lovel və həmkarlarını bu missiyanı daha da inkişaf etdirməyə həvələndirirdi.

"Bizdə kəşfiyyat məlumatı var idi ki, Rusiya Ayın ətrafında dolaşmaq üçün bir və ya iki nəfər göndərməyi planlaşdırır. Beləcə onlar bu sahədə hər kəsdən üstün olduqlarını sübut edəcəkdilər." - deyə, Cim Lovel bildirib.

50 il əvvəl Floridanın Keyp Kanaveralından yola çıxan Apollo 8 gəmisinin ekipajı rusları qabaqlayaraq tarix yazmağı bacarır.

Endryu Conston Cim Lovelin kosmonavt kostyumu və Apollo 8-in uçuş məlumat kitabının sərgiləndiyi Çikaqo Adler Planetariumunda Atronomiya və Koleksiyonlar üzrə vitse-prezidentdir.

"Hər kəs Aya ilk dəfə ayaq basan Apollo 11-i xatırlayır. Amma Apollo 8 ilə insanlar Aya bu qədər yaxın olmağı bacarmışdı. Bu insanın ilk dəfə Yerin ətrafından uzaqlaşdığı və Ayın uzaq tərəflərini insan gözü ilə gördüyü tarixi bir an idi." - deyə, Endryu bildirib.

Cim Lovelin sözlərinə görə, o, Apollo 8 missiyasının əhəmiyyətini yeddi ay sonra Keyp Kanaveralda məşhur aviasiya pioneri Çarles Lindberqlə birlikdə Apollo 11-in Aya ilk enişini izlərkən başa düşmüşdü.

"O mənə baxdı, gözləri dolmuşdu və dedi ki, Apollo 8 vacib missiya idi. Ayın ətrafında ilk uçuş, ilk dəfə Ayı kəşf etmək. O bütün bunları gələcək proqramın konsepti olaraq görürdü. " - deyə, o əlavə edib.

Apollo 8 Lovelin Aya son səfəri deyildi. O Apollo 13-ün missiya rəhbəri olaraq 1970-ci ilin 13 aprelidə Ayın səthinə səfər edən ekipajda idi. Lakin, baş verən fəlakətli qəzaya görə missiyanın Aya eniş etməsinə mane olur və onlar gəmini Yerə qaytarmağa məcbur qalırlar.

Lovelin kosmosa son missiyası olan Apollo 13 bu gün NASA-nın tarixində "müvəffəqiyyətli uğursuzluq" kimi yadda qalmasına baxmayaraq, Lovel Ayın ən uzaq tərəflərini ilk dəfə görən bir insan kimi tarixə düşdüyü üçün məmnundur.

XS
SM
MD
LG