Accessibility links

Ayaqqabı istehsalçıları Trampı ayaqqabı idxalına tariflər tətbiq etməməyə çağırıb


170-dən çox ABŞ ayaqqabı istehsalçısı və pərakəndə satış mağazası çərşənbə axşamı prezident Trampı ayaqqabı idxalını Çindən gələn mallara qoyulan tariflərdən azad etməyə çağırıb.

Amerikanın ayaqqabı istehsalçıları və pərakəndə satış mağazaları Trampa ünvanladıqları məktubda yazıb ki, onun təklif etdiyi Çindən idxal edilən ayaqqabılara 25 faiz tarif tətbiqi istehlakçılar, şirkətlərimiz və ümumilikdə Amerika iqtisadiyyatı üçün fəlakətli olacaq.

Qrupa Adidas, NikeUnder Armour kimi tanınmış idman ayaqqabı şirkətləri də daxildir.

Bəzi istehsalçıların ayaqqabı istehsalını Vyetnam və Kamboca kimi digər ölkələrə köçürməsinə baxmayaraq, sənaye ötən il Çindən 11.4 milyard dollar dəyərində ayaqqabı idxal edib.

Qrup bildirib ki, Çində istehsal edilən ayaqqabılara təklif edilən tariflər ABŞ istehlakçılarının hazırkı ödənişlərinin üzərinə illik 7 milyard dollar əlavə edə bilər.

Ayın əvvəli 200 milyard dollar dəyərində Çin məhsuluna 25 faiz yeni vergi rüsumu əlavə etdikdən sonra Tramp ayaqqabı, paltar və elektrik məhsulları da daxil olmaqla, demək olar ki, bütün yerdə qalan əlavə 300 milyard dollar dəyərində Çin məhsuluna yeni tarif tətbiqini təklif edib.

XS
SM
MD
LG