Accessibility links

Aybəniz Haşımova: “Şövkət Ələkbərova məktəbi yaşayacaq” AUDİO


please wait

No media source currently available

0:00 0:05:43 0:00



Azərbaycan Respublikasının əməkdar artisti, mərhum müğənni Şövkət Ələkbərovanın tələbəsi, Bülbüllər" qrupunun yaradıcısı Aybəniz Haşımovanın Amerikanın Səsinə müsahibəsi.

Aybəniz Haşımova Azərbaycanın xalq artisti, müəlliməsi mərhum Şövkət Ələkbərovanın bu yaxınlarda prezidentin göstərişi ilə 90 illik yubileyinin Azərbaycan Dövlət Filarmoniyasında dövlət səviyyəsində keçirildiyini dedi. Avbəniz xanım yubiley mərasimində Şövkət Ələkbərovanın tələbələri ilə yanaşı gənc müğınnilərin və musiqiçilərin də iştirak etdiyini bildirdi.

Şövkət Ələkbərovanın davamçıları varmı sualının cavabında müğınni mərhumun tələbələrinin onun davamçıları olduğunu dedi və əlavə etdi ki, onun bu gün tələbələrinə öyrətdikləri Şövkət xanımın məktəbindən bəhrələndikləridir. Aybəniz xanım gələcək nəslin də Şövkət Ələkbərova məktəbini yaşadacağına inandığını dedi.

Öz tələbələrinə gəldikdə isə Aybəniz Haşımova yaratdığı “Bülbüllər” qrupundan danışdı və dedi ki, bu qrup artıq özünü kifayət qədər göstərib. O, “Bülbüllər”-də istedadlı uşaqların olduğunu və onların Azərbaycan xalqının rəğbətini qazandığını bildirdi.

Azərbaycanda hal-hazırda çox sayda müğınni və musiqiçi var və onların hamısı doğrudanda istedada malikdirlərmi sualının cavabnda Aybəniz xanım xüsusi istedada malik olmayanların zamanı gəldikdə, yavaş-yavaş sıradan çıxdığını, sənətdən uzaqlaşdığını, yalnız istedadların sənət yolunu davam etdirdiklərini dedi. Müğənni Azərbaycanda istedadlı nəslin yetişdiyini dedi və onlardan bəzilərinin adlarını çəkdi.
XS
SM
MD
LG