Accessibility links

Aydaho ştatında 9 nəfəri bıçaqlayan şəxsə qarşı ittiham irəli sürülüb


Aydaho ştatının Boysi şəhərində ad günü mərasimində 6-sı uşaq olmaqla, 9 nəfəri bıçaqlayan və ad günü olan 3 yaşlı qızı qətlə yetirən şəxsə qarşı rəsmən ittiham irəli sürülb.

Bazar ertəsi keçirilən məhkəmə zamanı hakim Timmi Kinnerin zaminə buraxılmamaq şərti ilə saxlanması haqda qərar verib. Kinner eləcə də vəhşicəsinə hücuma görə 9 maddə üzrə ittiham edilib.

Bıçaq yarası alan 7 nəfərin müalicə olunduğu, bəzilərinin isə həyatlarının hələ də təhlükədə olduğu bildirilib.

Bazar ertəsi axşam saatlarında yüzlərlə insan qurbanlara və onların ailələrinə dəstək məqsədi ilə Boysi şəhərinin meydanına toplaşıb.

Polisin dediyinə görə, sakinləri narahat etdiyi üçün Timmi Kinner qaçqınların yaşadığı binadan çıxarılıb, bir gün sonra isə geri gayıdaraq insanları bıçaqlayıb.

Boysi şəhəri polis idarəsinin rəisi Bill Bons hücumun nifrət zəminində olmadığını deyib.

XS
SM
MD
LG