Accessibility links

Aydın Taş: "Ankarada azərbaycanlılar aksiyaçılarla həmrəylik göstərir" [Müsahibə]


Aydın Taş
Hazırda Ankarada yenidən başlayan aksiyada iştirak edən Azadlıq qəzetinin Türkiyə müxbiri Aydın Taş Amerikanın Səsinə müsahibəsində nümayişçilərin Kızılay meydanına doğru hərəkət etdiyini bildirib. Nümayişdə gənclərin çoxunun "Hökumət İstefa!" şüarları səsləndirdiyini dilə gətirən Aydın Taş hamının özünə görə bir səbəbinin olduğunu dilə gətirib. Onun sözlərinə görə, etirazın yeganə ortaq nöqtəsi hökumətdən narahatlıqdır.
İlk gündən aksiyalarda azərbaycanlıların da iştirak etdiyini bildirən Azadlıq qəzetinin müxbiri azərbaycanlılarla yanaşı digər türk dilli xalqların nümayəndələrinin də nümayişlara qatıldığını deyir: "Azərbaycanlılar həm türk vətəndaşları ilə həmrəylik göstərmək, həm də Azərbaycanda Əliyev hakimiyyətindən olan narazılığı da burada dilə gətirirlər," deyə Aydın Taş Amerikanın Səsinə bildirib.

please wait

No media source currently available

0:00 0:04:11 0:00
Direct link
XS
SM
MD
LG