Accessibility links

Ərdəbilli milli fəal Aydın Zakiri son dəfə özünü müdafiə edəcək


Ərdəbil vilayətinin Meşkinşəhr (Xiyav) şəhərinin sakini milli fəal Aydın Zakiri son dəfə olaraq özünü müdafiə etmək üçün həmin şəhərin 2-ci Cinayət Məhkəməsinə çağırılıb.

Bölgədə fəaliyyət göstərən insan hüquqları müdafiəçilərinin yayımladığı məhkəmə vərəqəsinin surətində,Aydın Zakirinin iyulun 13-də özünü son dəfə müdafiə etmək üçün həmin məhkəmənin 101 saylı şöbəsinə gəlməsi istənilib.

Aydın Zakiri Meşkinşəhr Məhkəməsində ona qarşı irəli sürülən “İctimai asayişi pozmaqda iştirak etmək” ittihamından özünü müdafiə edəcək.

Keçən il oktyabrın 18-də İkinci Qarabağ Müharibəsi əsnasınsa İran Azərbaycanının bir çox şəhərində keçirilən Azərbaycana dəstək mitinqlərilə bağlı Aydın Zakiri bir çox güneyli milli fəalla birgə həbs edilmişdi. O, daha sonra 30 milyon tümənlik mülki zəmanət qarşılığında məhkəmənin son qərarına qədər müvəqqəti sərbəst buraxılmışdı.

Aydın Zakiri digər Meşkinşəhərli fəal Siyamək Seyfi ilə birgə mart ayının 1-də həbs edildikləri iddia ilə bağlı məhkəməyə çağırılaraq ifadələri alınmışdı. Eyni ittihamla mühakimə olunan milli fəal Siyamək Seyfi ilkin məhkəmə tərəfindən 2 il həbsə məhkum edilsə də, daha sonra mitinqdə iştirak etməsi ilə bağlı heç bir dəlil olmadığına görə Seyfiyə bəraət verilmişdi.

İkinci Qarabağ Müharibəsi zamanı İran Azərbaycanında və həmçinin türklərin sıx yaşadığı İranın digər şəhərləri ,o cümlədən Tehranda Azərbaycana dəstək mitinqləri keçirilməsi nəticəsində bir çox vətəndaş və milli fəal həbs edilmişdi. Bir çox vətəndaş isə təhlükəsizlik qüvvələri tərəfindən telefon təmasları ilə hədələndiyi bildirilir.

HRA xəbər agentliyi bu mitinqlərdə həbs edilən 81 nəfərin kimliyini açıqlayaraq, təhlükəsizlik və polis qüvvələrinin vətəndaşları saxlama zamanında həddindən artıq şiddət istifadə etdiyini qeyd edib və bəzi vətəndaşların həbs zamanı ayaqları, qolları, və burunlarının qırıldığını yazıb.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG