Accessibility links

Aykan Erdemir: "Dağlıq Qarabaq Türkiyə və Rusiya arasındakı qarışıq münasibətin son nümunəsidir"


Aykan Erdemir: "Dağlıq Qarabağ Türkiyə və Rusiya arasındakı qarışıq münasibətin son nümunəsidir"
please wait

No media source currently available

0:00 0:09:50 0:00

Aykan Erdemir: "Dağlıq Qarabağ Türkiyə və Rusiya arasındakı qarışıq münasibətin son nümunəsidir"

Demokratiyaların Müdafiəsi Fondunun Türkiyə proqramlarının direktoru Aykan Erdemir Amerikanın Səsinə müsahibədə Rusiya ilə Türkiyənin Cənubi Qafqazdakı əməkdaşlığını, Türkiyə və Rusiyanın Ermənistanla Azərbaycan arasında sülh yaratmaq səylərinə hansı tövfələr verə biləcəyini və Ermənistanla Türkiyə arasında yaxın gələcəkdə barışıq ehtimalını şərh edib.

Amerikanın Səsi: Dağlıq Qarabağ müharibəsindən bir il keçir. Bu müharibə nəticəsində regiona sülhməramlılar yerləşdirilib və Qarabağda Rusiya-Türkiyə Monitorinq Mərkəzi fəaliyyətə başlayıb. Bu sahədəki yeniliklər nədir? Rusiya və Türkiyənin Cənubi Qafqaz və başqa regionlardakı münaqişələrdəki maraqlarının ziddiyət təşkil etməsinə baxmayaraq, onlar bu regionda əməkdaşlıq edə bilirlərmi?

Aykan Erdemir: Bəli, Dağlıq Qarabağ Türkiyə ve Rusiya arasındaki qarışıq münasibətin son nümunəsidir. Eynilə Suriyada ve Liviyada olduğu kimi. Bir yandan Ankara ve Moskvanın maraqları toqquşarkən, bir yandan da üçüncü ölkələrə qarşı özlərinə üstünlük əldə edə biləcək əməkdaşlıqlar ədə bilirlər və Dağlıq Karabağ da bunun son nümunəsidir. Fəqət eyni zamanda da unutmamaq lazımdır ki, bu, sonu açık bir prosesdir. Yəni həm Rusiya, həm Türkiyə özü üçün daha faydalı ola biləcək yeni mövqelər qazanmağa çalışır.

Məsələn yanvar ayında Rusiya, Azərbaycan ve Ermənistan ilə birlikdə bir razılıq imzaladı. Bölgədəki əməkdaşlıqla bağlı bir razılıq imzaladı və, açığını desəm, öz nüfuzunu, öz təsirini gücləndirəcək bəzi adımlar atdı. Son vaxtlarda da Bakı və Moskva arasında yaşanan bəzi gərginliklər oldu ve bu müddətdə də Türkiyənin Azərbaycanla ortak hərbi təlimlər gündeme geldi. Bunu da Ankaranın öz təsiri ve gücünü artırma cəhdi olaraq görə bilərik. Bu mərhələdə də gündəmdə olan məsələ Türkiyə- Ermənistan əlaqələrinin normallaşmasıdır. Normallaşma ilə bağlı Rusiyanın da bir təklifi, bir tövsiyəsi oldu. Daha öncəki cəhdlərdə, bilirik ki, Azərbaycan bu cür bir yaxınlaşmanın önündə bir əngəl idi. Lakin artıq hərbi zəfərindən sonra, belə görünür ki, bu əngəl də aradan qalxıb ya da yumuşalıb.

Bu da o deməkdir ki, önümüzdeki müddətdə istər Bakının istərsə də Moskvanın yaxın müşahidəsi altında bir “Türkiye-Ermənistan yaxnlaşması, ən azından diplomatik əlaqələrin normallaşması ilə əlaqədar adımlar görə bilərikmi? Əgər bu adımları görsək, bunun Türkiyə ve Rusiyanın region üçün gələcək planlarına nə cür təsiri ola bilər?” kimi suallara cavablar axtaracağıq.

Amerikanın Səsi: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ve Rusiya lideri Vladimir Putin çərşənbə günü Soçidə görüşüb. İki liderin Suriya, Liviya, Əfqanıstan və Qafqazdakı vəziyyəti müzakirə edəcəyi gözlənilirdi. Bu görüş fonunda Türkiyə ve Rusiya Ermənistanla Azərbaycan arasında sülh yaratmaq səylərinə hansı tövfələri verə bilərlər?

Aykan Erdemir: Bilirik ki, Türkiyə və Rusiya çox fərqli coğrafiyalarda bir tərəfdən toqquşarkən, digər tərəfdən də ortaq zəmin tapmağa çalışırlar, əməkdaşlıqlar edirlər. Önümüzdəki müddətdə də Dağlıq Karabağ Türkiyə və Rusiya arasında bir tərəfdən gərginlik, amma bir tərəfdən də əməkdaşlıq imkanları irəli sürməyə davam edəcək. Birinci, bunu bilirik ki, bu dondurulmuş münaqişələr Rusiyanın işinə gəlir, çünkü rus əsgərlərinin sülhməramlı adı altında mövcudluğu Rusiyanın nüfuzunun davam etməsini təmin etdir və qarşıdan gələn müddətdə də regionda bu cür sanki bir donmuş böhranın davam etməsi Rusiyanın arzusu olacaq.

Türkiyə və Azərbaycan üçün isə tez bir zamanda atəşkəs razılığı ve daha sonra müzakirə olunan yeni nəqliyyat yollarının açılması ve bunlarla əlaqədar qaydaların rəsmiləşdirilməsi mühümdür, çünki Türkiyə İran ya da Gürcüstan üzərindən olmadan, birbaşa Azərbaycana ve oradan da Orta Asiyaya açılmaq istəyir. Fəqət bu, Ermənistan ve Rusiya üçün eyni şəkildə arzu olunan ya da təcili olan bir məsələ değil. Buna görə də, önümüzdəki dövrdə buradakı dörd fərqli oyunçunun, yəni Türkiyənin, Rusiyanın, Ermənistan və Azərbaycanın fərqli prioritetləri olacaq ve bu fərqli prioritetlərə uyğun olaraq da onların fərqli vaxt çərçivələri və fərqli siyasi gündəmləri olacaq.

Amma bir şeyi unutmamaq lazımdır ki, Türkiə ilə Ermənistan arasında mümkün diplomatik normallaşma dövrü eyni zamanda Türkiyə ilə Azərbaycan və Türkiyə ilə Rusiya münasibətlərini əks etdirəcək. Yəni buna görə də, düşünürəm ki, əgər Türkiyə və Rusiya bu gün Ukraynada, bəlkə Suriyada və bəlkə də yaxın gələcəkdə Liviyada gərginliklər yaşasa, bu gərginliklərin Cənubi Qafqaza əks olunması təəccüb doğurmayacaq.

Amerikanın Səsi:Müharibədən bir il sonra regiondakı barışıq və sülh qurmaq səylərinin əsas komponentləri nədən ibarətdir?

Aykan Erdemir: Hal-hazırda deyə bilərik ki, bir-birinə paralel olaraq bir neçə fərqli proses davam edir. Bir tərəfdən Türkiyə ve Rusiyanın da daxil olduğu ve 2020-ci ilin noyabr prosesinin davamı deye biləcəyimiz bir atəşkəs prosesi davam edir. Buna paralel olaraq Rusiyanın birbaşa olaraq Azərbaycan və Ermənistanla imzaladığı razılıq üzərinden apardığı bir regional əməkdaşlıq prosesi var. Amma son dövrdə Minsk Qrupunun da yenidən oyuna daxil olduğu ve bu prosesin də Rusiya tərəfindən də dəstəkləndiyini görürük.

Buna Türkiyənin Rusiya, Türkiyə, Gürcüstan, İran, Azərbaycan və Ermənistanı da daxil etdiyi regional bir proses cəhdini də əlavə edərsək, bəzəm bir-birini dəstəkləyən, bəzən də əngəl olan paralel proseslərin davam etdiyini görə bilərik. Təxmin edirəm ki, önümüzdəki müddətdə Türkiyə və Rusiya buradakı əsas təkan verən qüvvələr ya da əsas əngəllər olduğu üçün Ankara ve Moskvanın davranışı həlledici olacaq. Yəni məncə, Ankara ve Moskva önümüzdəki dövrdə bu paralel proseslərdən hansılarının önlərinin açılıb hansılarının, bəlkə də müəyyən mənada, yavaşladılacağına dair əsas qərar verən qüvvələr olacaq.

Amerikanın Səsi: Bu ilin əvvəlində Türkiyə və İran xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Cavad Zərif arasında keçirilən görüşdən sonra Qafqazda Azərbaycan, Rusiya, Ermənistan, Türkiyə, İran və Gürcüstanın iştirakı ilə 3+3 formatında əməkdaşlıq mexanizmi təklif ediblər. Bununla bağlı düşüncəniz nədir?

Aykan Erdemir: Əslində Türkiye 3+3 formatı ilə bəlkə də Rusiyanın bölgədəki geosiyasi çəkisini tarazlaşdırmağa çalışır, çünki hər nə qədər Ankara ve Moskva Suriyada, Liviyada ve bu gün Dağlıq Qarabağda fərqli proseslərin içində olsa da, bu assimetrik bir münasibətdir. Çünki Rusiyanın ordu baxımından ve hətta iqtisadiyyat baxımından böyük üstünlükləri var Türkiyə ilə olan münasibətlərində. Bu 3+3 formatı regiondakı bəzı digər oyunçuları da prosesə daxil etməklə, bəlkə də Ankara baxımından bu assimetriyanı aradan qaldırmaqda bir rol oynaya bilər. Amma eyni zamanda bunu da unutmayaq ki, bu, əslində müxtəlif risklərin də olduğu bir prosesdir. Bir tərəfdən Minsk Qrupunun bu günə qədər olan olduqca təsirsizliyi, uğursuzluğu nəzərə alındığında bir başqa bir 3+3 formatının da çox uğurlu olmayacağını proqnozlaşdıra bilərik.

Digər tərəfdən də unutmamaq lazımdır ki, İran məsələsi, xüsusilə də Amerika Birləşmiş Ştatları üçün hər zaman böyük suallar doğuracaq. Ona görə də, ələlxüsus da Türkiyə-Amerika münasibətlərində İran mərkəzli bphranların nə dərəcədə böyük olduğu məsələn Türkiyənin İranın sanksiyaları pozmaq cəhdlərinə yardımı nəzərə alındığında,mən Vaşinqtonun bu prosesi narahatlqla yanaşacağını düşünürım. Xüsusilə də İranın mövcudluğuna narahatlıqla yanaşacağını düşünürəm. Buna görə də, bu təşəbbüsü Ankaranını diplomatik açıqlaması olaraq görə bilərik. Lakin uzun müddətli olub-olmayacağı, və ya tədirli olub-olmayacağı məsələsində suallar qalmağa davam edir.

XS
SM
MD
LG