Accessibility links

Ayova kokuslarında xaos ştatın ilkin seçim məkanı imicinə kölgə salır


Yeni mobil applikasiya Ayova ştatında ilkin seçkilərin nəticələrinin 1,700 səsvermə məntəqəsindən cəld toplanmasına xidmət etməli idi. Lakin applikasiyada baş verən texniki xətalar üzündən Demokrat rəsmilər kokusların nəticələrini elan edə bilməyiblər.

Mobil applikasiyadakı nöqsanlar bazar ertəsi axşam çaşqınlıq yaradıb. Belə ki, bəzi kokus təşkilatçıları partiyadaxili səsvermənin nəticələrini manual yolla qeydiyyatdan keçirməyə çalışıblar. Baş verənlər səsvermənin nəticələrini müəyyənləşdirməkdə ciddi ləngimələr yaradıb.

Ayova Demokrat partiyasının sədri Troy Prays yubanmaların haker müdaxiləsi ilə bağlı olmadığını aydın edib.

Partiya çərşənbə axşamı gecə nəticələri açıqlayacağını bildirib.

Des Moines qraflığı Demokrat Partiyasının sədri Tom Courtney deyib ki, məntəqə sədri mobil applikasiyanın nasazlığından çoxsaylı şikayətlər ediblər.

“Məntəqə lideriləri Demokrat partiyası qərargahına zəng edəndə onlar telefona cavab verməyiblər,” o bildirib.

Baş verənlər Birləşmiş Ştatlar president seçkilərində ilk seçim məkanı kimi mötəbər yer tutan Ayova ştatının reputasiyasına kölgə salıb.

Eyni zamanda tənqidçilər Ayovanın özünəməxsus kokuslar (icma yığıncaqları) sistemini hədəf alaraq onun köhnəldiyi deyirlər.

XS
SM
MD
LG