Accessibility links

Aytəkin İmranova: Mədəniyyətimizi dünyaya təqdim etmək əvəzinə, tar-mar etdik [Audio-Müsahibə]


“Böyük abidələrin cəmləşdiyi Bakıda onların böyük əksəriyyəti itkiyə məruz qalıb. Azərbaycan konstitusiyasında yazıldığı kimi tarixi, mədəni abidələri qorumaq, təbliğ etmək hər bir vətəndaşın borcudur,” deyə Aytəkin İmranova memarlıq abidələrinin qorunması sahəsində hazırkı durumdan gileylənir.

Tarix-Mədəni-Təbii İrsi Qoruma İctimai Nəzarət Komitəsinin koordinatoru, ekspert Aytəkin İmranova dövlət mühafizəsində olan tarixi-memarlıq abidələrinin monitorinqinin aparılmasına dair Amerikanın Səsinin suallarını cavablandırıb. Onun sözlərinə görə, abidələrin qorunması ilə bağlı məhkəmələrə müraciət edildikdə müvafiq icra strukturlarının itirilən abidələrin aktlaşdırılması, sənədləşdirilməsi, tədbirlər görülməsinə dair addım atmır.

please wait

No media source currently available

0:00 0:15:43 0:00

İcra hakimiyyətlərinin tarixi-memarlıq abidələrinin çoxunun heç bir hüquq müəyyənedici sənəd olmadan sökülməsinə qərar verdiklərinə dair deyilənlərə gəlincə, ekspert hələ bəyənilməyən Sovet dövründə Elmlər Akademiyasının bir neçə arxeoloji ekspedisiyasının sənədləşdirmə apardığını deyib.

Mədəni abidələri qorumaq, təbliğ etmək hər bir vətəndaşın borcudur

“İndi haradasa bir arka, bir yeraltı yol çıxdıqda onlar tez betonlanır ki, gözdən uzaq olsun. Tikinti strukturları ilə məmurları iş birliyinə malikdir. 30-a qədər tarixi abidə dağıdılıb. Bunlar aşkar olunmuş abidələrdir. Bəs aşkar olmayanlar?” deyə Aytəkin İmranova qeyd edir. Onun sözlərinə görə, "bu, cinayətdir, onları sökmək olmaz."

“Lakin icra hakimiyyətləri özlərini əlahəddə hakimiyyət hesab edirlər,” deyə ekspert bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG