Accessibility links

21 Azər Hərəkatının 75-ci ildönümüdür


21 Azər Hərəkatı

Dekabrın 12-də dünyada yaşayan azərbaycanlılar İran Azərbaycanında baş vermiş 21 Azər (12 Dekabr) - Pişəvəri Hərəkatının 75-ci ildönümünü qeyd edir.

Tarixi məlumatlara görə, 1945-ci il dekabrın 12-də (21 Azər) yarandığı elan edilən Azərbaycan Milli Hökuməti bir illik fəaliyyəti zamanı əhalinin həyatına gətirdiyi mühüm yeniliklərlə yaddaşlarda qalıb. Onların siyahısına ana (Azərbaycan) dilində təhsil, savadsızlıqla mübarizə, Təbriz Universitetinin yaranması, torpaq islahatları, fəhlələrin hüquqlarının qorunması və qadınların kişilərlə eyni haqlara malik olması istiqamətində işlər daxildir.

Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi milli hökumət 1946-cı ilin dekabrında süquta uğrayıb. Belə ki, İran ordusu milli hökumətin paytaxtı Təbriz şəhərini ələ keçirib və hökumətin çoxsaylı üzvləri güllələnib. On minlərlə insan mühacirətə gedib.

Seyid Cəfər Pişəvəri də daxil olmaqla çoxsaylı hərəkat iştirakçısı o zamankı Sovet Azərbaycanına mühacirət edib. Seyid Cəfər Pişəvərinin 1946-cı ildə Azərbaycanın Yevlax rayonu ərazisində avtomobil qəzası nəticəsində vəfat etdiyi bildirilir.

Tarixçi Cəmil Həsənli hesab edir ki, 21 Azər Hərəkatı İkinci Dünya Müharibəsindən sonra Soyuq Müharibə dövrünün ilk qarşıdurması idi.

"BMT-də Azərbaycan məsələsinin müzakirəsi hələ baş qərargahı Nyu-Yorka köçməzdən əvvəl başlamışdı. 1946-cı ilin yanvarında Londonda açılan sessiyada bu məsələ qaldırılıb və həmin ilin yazında Nyu-Yorkda müzakirələr davam etdirilib. Azərbaycan məsələsi İkinci Dünya Müharibəsindən sonra başlayan Soyuq Müharibənin ilk qarşıdurması idi," tarixşi yazır.

Onun sözlərin görə, pərdəarxası yazışmalardan, gizli raportlardan görünür ki, Birləşmiş Ştatlar və İngiltərəyə çox maraqlı idi ki, bu məsələ BMT-nin müzakirəsinə çıxarılsın.

Cəmil Həsənli bildirir ki, Birləşmiş Ştatların dövlət katibi Ceyms Birnis 1945-ci ilin payızında – 21 Azər ərəfəsində - Tehranda olan Amerika səfiri Mörreyə göndərdiyi şifrəli teleqramda belə bir məsələyə toxunurdu ki, İran baş nazirinə deyin ki, azərbaycanlıların milli haqlarını, dil haqlarını versinlər. Əgər bu haqlar verilməsə və məsələ beynəlxalq müzakirəyə çıxarılsa, o zaman azərbaycanlılar bu məsələdə haqlı tərəf kimi görünəcək.

Cəmil Həsənlinin sözlərinə görə, sonra hərəkatın məğlubiyyəti insan talelərinin çox acı bir sonluğu ilə qurtarıb.

“1946-cı ilin Azər (dekabr-red) ayında 30 minə qədər adam öldürüldü,” tarixçi qeyd edir.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG