Accessibility links

Azər Qasımlı: Hakimiyyət pandemiyadan istifadə edərək insan hüquq və azadlıqlarını pozur


Amerikanın Səsi: Azərbaycan hakimiyyəti karantin dövründə siyasi rəqiblərinə qarşı ayrıseçkilik etmədiyni bildirir. Sizcə iqtidarın bəyanatı reallığı əks etdirirmi?

Avtoritar rejimlər bütün dünyada, o cümlədən Azərbaycanda karantin rejimindən maksimum özlərinin siyasi maraqları üçün istifadə etməyə çalışırlar.

Azər Qasımlı: Azərbaycan iqtidarının bəyanatı reallığı heç bir halda əks etdirmir. Bilirsiniz problem sadəcə Azərbaycanda insan hüquqları, məhz karantin dövründə, pandemiya dövründə insan hüquqlarının tapdalanmasından deyil. Məsələ burasındadır ki, Azərbaycanda uzun müddətdir ki, azadlıqlar tapdalanır. Bu Azərbaycan üçün yeni deyil. İkinci məsələ ondan ibarətdir ki, avtoritar rejimlər bütün dünyada, o cümlədən Azərbaycanda karantin rejimindən maksimum özlərinin siyasi maraqları üçün istifadə etməyə çalışırlar. Birisi elə Rusiyada Putin, gördüyünüz kimi ciddi problemlərin olmağına baxmayaraq, Rusiyada pandemiya ilə bağlı tələm-tələsik bir referendum keçirir və konstitutsiyada dəyişikliklər edir ki, öz hakimiyyətini əbədi etsin. Bundan sonra da hakimiyyətdə qala bilsin. Eyni şəkildə də Azərbaycanda hakimiyyət pandemiyadan istifadə edərək insan hüquq və azadlıqlarını pozur və konkret nümunələr və faktlar da çəkə bilərik. Bir neçə siyasi təşkilatın üzvləri yerli səviyyədə fəaliyyət göstərən üzvləri həbs olunur. Bunun yanında da Tofiq Yaqublu məhz öz tənqidi çıxışlarına görə həbs olunub.

Azər Qasımlı: Hakimiyyət pandemiyadan istifadə edərək insan hüquq və azadlıqlarını pozur
please wait

No media source currently available

0:00 0:08:25 0:00


Amerikanın Səsi: Azərbaycan iqtidarının karantin dövründə insanların sağlamlığı və sosial müdafiəsi ilə bağlı həyata keçirdiyi tədbirləri effektiv hesab etmək olarmı?

Onun şahidiyik ki, bir neçə ay ərzində Azərbaycan iqtidarı cəmiyyət üzərində test keçirir. Gördüyümüz ondan ibarətdir ki, bu əməliyyatın hamısı səhvdir və səhvlərdən ibarətdir.

Azər Qasımlı: Koronavirusa mübarizədə hakimiyyətin tədbirləri effektiv deyil. Bu gün Azərbaycan ictimaiyyəti şahiddir ki, Azərbaycan iqtidarının əvvəl həyata keçirdiyi strategiyası yanlış idi. Hətta müəyyən mənada deyə bilərik ki, ciddi bir strategiya olmayıb. Ta əvvəldən qərar verilmişdir ki, sərt karantin rejiminə keçmək lazımdır. Bundan sonra yüngülləşdirdilər, bu karantin rejimini. Yenidən sərt karantin rejiminə keçirdilər. Sanki biz bu gün onun şahidiyik ki, bir neçə ay ərzində Azərbaycan iqtidarı cəmiyyət üzərində test keçirir. Gördüyümüz ondan ibarətdir ki, bu əməliyyatın hamısı səhvdir və səhvlərdən ibarətdir. Bunun yanında da qeyd etmək lazımdır ki, həm strategiyada səhv olması öz yerində, həmçinin idarəetmədə menecment işlərində çox ciddi problemlər var. Ona görə bu tədbirlər qeyri-effektivdir. Fakt olaraq onu göstərə bilərik ki, sərt karantin rejiminə keçirildiyi zaman gündəlik yoluxanların sayı 30-40 nəfər idisə, bu gün artıq bir neçə ay keçəndən sonra yoluxanların gündəlik sayı 500-dən aşağı deyil. Mənim üçün çox maraqlıdır ki, irəlidə neçə ay karantin olmalıdır. Bu karantin hansı şəkildə effektiv olmalıdır ki, yenə bu gün iyul ayında günlük yoluxanların sayı 500-dür və bunu da 3,4,5-ə 10-nun altına salmaq üçün nə qədər müddətə karantində qalmalıyıq. Neçə ay bizə lazım gələcək. Mənim şəxsi proqnozum ondan ibarətdir ki, gördüyüm ondan ibarətdir ki, daha bir neçə ay karantin tədbirləri həyata keçiriləcək. Bir də ən önəmli ciddi problemlərdən odur ki, statistikada çox böyük yanlışlıqlar və ya manipulasiyalar var. Manipulasiyaları daha əvvəl də Azərbaycan iqtidarı edirdi. İstər iqtisadi rəqəmlərlə, istər digər demoqrafiq, sosial məsələləri əks etdirən rəqəmlərlər manipulasiya edilirdi. Bu gün də bu statistikada, prosesin ortasında da müəyyən manipulasiyalar olub. Hətta bu gün də ola bilsin ki, yoluxanların sayı və yaxud həyatını itirənlərin sayı əslində rəsmi statistikadan daha yüksəkdir. Biz real vəziyyəti təəssüflər olsun ki, tam çılpaqlığı ilə bilmirik. Digər tərəfdən də bu statistika mövzusunu biz inkişaf etdirsək yenə onu demək olar ki, elə insanlara sosial yardımla da bağlı ciddi problemlər var. Çünki statistikada problemlərin olduğuna görə bu gün kimin həqiqətən işsiz olduğunu müəyyənləşdirmək çətindir. Bunu biz dəfələrlə demişik ki, sadəcə işləməyənlərə rəsmi şəkildə 190 manat vermək və ailədə yalnız 1 nəfərə 190 manat vermək olduqca səhvdir. Çünki bizdə icbari tibbi sığorta sistemi qurulmayıb. Digər sosial institutlar tam effektiv şəkildə fəaliyyət göstərmir. Ona görə də bu məsələdə də ciddi problemlər var və hakimiyyətin yürütdüyü siyasət gördüyü tədbirlər qeyri-effektivdir.

Amerikanın Səsi: Sizcə hökumət ölkədə koronavirusa yoluxma ilə bağlı daha hansı qabaqlayıcı tədbirlər həyata keçirməlidir? İnsanların sosial müdafiəsi ilə bağlı nə edilməlidir?

Əlçatımlı olmalıdır bu testlər. Həddindən artıq ucuz olmalı, bir çox hallarda da pulsuz olmalıdır. Bunun yanında da insanlara hava, su qəbul etmək yaxud dənizə getmək, rayonlara getmək icazəsi verilməlidir.

Azər Qasımlı: Düşünürəm ki, Azərbaycan höküməti strategiyasını tamamilə dəyişməlidir. Yeni operativ qərargah formalaşmalıdır. Və yaxud mövcud olan operativ qərargahın tərkibinə yeni insanları daxil etmək lazımdır. Menencmenti bilən insanlar, ictimaiyyətin müəyyən mənada dəstəyini qazana biləcək insanları cəlb etmək lazımdır. Bunun yanında da indiki rəhbərliyi tamamilə kənarlaşdırmaq lazımdır. İlk növbədə bunu etməlidir. Bunun yanında da ciddi bir strategiya hazırlanmalıdır. Bu strategiyanın daxilində də hər şey ölçülüb biçilib və tədbirlər planı hazırlanmalıdır. Düşünürəm ki, bunu əvvəlcədən etmək lazım idi. Testlərin kütləvi şəkildə həyata keçirilməsi, həm rayonlarda, həm Bakıda böyük şəhərlərdə yerlər ayrılmalıdır ki, insanlar ora gedib testlərini verə bilsinlər. Mən fikirləşirəm ki, yeni qərargah ilk növbədə bundan başlaya bilər. Əlçatımlı olmalıdır bu testlər. Həddindən artıq ucuz olmalı, bir çox hallarda da pulsuz olmalıdır. Bunun yanında da insanlara hava, su qəbul etmək yaxud dənizə getmək, rayonlara getmək icazəsi verilməlidir. Amma bunu planlı şəkildə etmək lazımdır. Deyəlim ki, rayona getmək istəyən adamlar üçün onları testdən keçirib, sonra rayonlara buraxmaq olar. Sadəcə əsas məsələ menecment, idarəçilik problemidir. Burada hər şeyi ölçüb-biçmək lazımdır. Ona görə də hərəkət etmək lazımdır. Bu gün çatışmayan cəhət budur. Əgər bu gün bu problem həll olunsa düşünürəm ki, çox yaxın zamanda karantindən də çıxmaq olar, çox yaxın zamanda da pandemiyaya qalib gəlmək olar. Bir də operativ gərargah mütləq şəkildə koronavirusun ikinci dalğa məsələsini də nəzərdən keçirməlidir. Ona uyğun da öz addımlarını atmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ amerikalıları təcili şəkildə Rusiyanı tərk etməyə çağırıb
please wait

No media source currently available

0:00 0:10:11 0:00
XS
SM
MD
LG