Accessibility links

Azər Qasımlı: “İdarəetmə sistemində islahat yox, ixtisar aparılır”


Azər Qasımlı: “İdarəetmə sistemində islahat yox, ixtisar aparılır”
please wait

No media source currently available

0:00 0:06:37 0:00

REAL Partiyasının Məclisinin sədrinin Amerikanın Səsinə müsahibəsi

REAL Partiyasının Məclisinin sədri Azər Qasımlı Amerikanın Səsinə müsahibəsində dövlət idarəçiliyi və bu sahədə islahatlardan danışıb.

Amerikanın Səsi: Azərbaycan prezidenti dövlət idarəçiliyinin təkimilləşdirilməsi barədə fərman imzalayıb. Sizcə ölkədə idarəetmə sistemində aparılan islahatlar müsbət nəticələrə səbəb olacaqmı?

Azər Qasımlı: Əvvəla, mən, İlham Əliyevin keçirdiyi tədbirləri islahat adlandırmazdım. Burada söhbət sadəcə ixtisarlardan gedir. Bunun da özünəuyğun dırnaqarası bir fəlsəfəsi var. Amma ümumən götürəndə bunlar islahat deyil. Bu idarəetmənin dəyişməsinə, daha mükəmməl forma almasına xidmət etmir. Biz bunu da gözləmirik.

Amerikanın Səsi: Təbii ki, hər bir islahatın nəticələri insanların əhval-ruhiyyəsinə və büdcəsinə təsirləri ilə qiymətləndirilir. Hazırki islahatlar bu baxımdan hansı əhəmiyyət kəsb edir?

Sadəcə kiçik ixtisarlar etməklə büdcə xərclərini ciddi şəkildə azaltmaq mümkün olmayacaq.

Azər Qasımlı: Sadəcə kiçik ixtisarlar etməklə büdcə xərclərini ciddi şəkildə azaltmaq mümkün olmayacaq. Həm də bu, Azərbaycanda idarəetmənin effektiv bir model çərçivəsinə gəlib çıxmasına xidmət etməyəcək. Çünki, əgər, söhbət insanların xeyrindən gedirsə, vətəndaşlara daha yaxşı, daha effektiv bir xidmətin edilməsindən gedirsə, hesab edirəm ki, bunu gözləməyə dəyməz. Adi bir misal çəkim. Məsələn, AZTV-nin rəhbərini dəyişdilər. Amma sual olunur? AZTV-yə yeni rəhəbər gələndən sonra, o, İlham Əliyevi və onun ailəsini hər gün reklam etməyəcəkmi? Təbii ki, edəcək. Ölkədə daha ciddi dəyişikliklər, islahatlar olmalıdır ki, bu olmasın. Və yaxud da, hansısa bir qurumun daxilində olan bir komitəni ixtisar edib, amma funksiyanı başqa bir komitəyə verməklə idarəetmədə ciddi bir dəyişikliklər, daha effektiv bir hökumət modeli haqqında danışmaq mümkün deyil. Yəni, sonuc etibarı ilə insanların gündəlik həyatına heç bir təsiri olmayacaq.

Amerikanın Səsi: REAL Partiyası fərqli idarəetmə sistemi təklif edir. Bu sistemin əsas fəlsəfəsi nədir və hazırki idarəetmə sistemindən nə ilə fərqlənir?

Genişmiqyaslı islahatlar yalnız o halda mümkündür ki, ölkədə bütün sahələrdə islahatlar aparılır. Təhsil sistemində, səhiyyədə, orduda, sosial siyasətdə, o cümlədən struktur islahatları aparılır.

Azər Qasımlı: Bizim çoxdandır təklif etdiyimiz struktur dəyişiklikləri, sadəcə strukur dəyişiklikləri demək deyil. İlham Əliyevin həyata keçirdiyi tədbirləri biz niyə tənqid edirik? İlk növbədə ona görə tənqid edirik ki, burada söhbət hansısa genişmiqyaslı islahatlardan getmir. Bir daha altını cızaraq qeyd edim ki, sadəcə, ixtisarlardan söhbət gedir. Genişmiqyaslı islahatlar yalnız o halda mümkündür ki, ölkədə bütün sahələrdə islahatlar aparılır. Təhsil sistemində, səhiyyədə, orduda, sosial siyasətdə, o cümlədən struktur islahatları aparılır. Hər bir islahatın bir fəlsəfəsi olmalıdır. Biz İlham Əliyevin bu gün həyata keçirdiyi tədbirlərdə hansısa bir fəlsəfə görmürük. Düzdür, özlərinin dırnaqarası bir fəlsəfəsi var. Amma bizim təklif etdiyimiz odur ki, Azərbaycan ilk növbədə parlament respublikası olmalıdır. Parlament respublikası olacaqsa siyasi sistem tamamilə dəyişməlidir. Təbii ki, parlament hökumət nümayəndələrinə səs verməlidir, onları təsdiq etməlidir, legitimlik verməlidir. Parlament isə azad və ədalətli seçkilər nəticəsində formalaşmalıdır. Nazirlər siyasətiçilərdən olmalıdır.

İndi söhbət İlham Əliyevin struktur dəyişikliklərindən gedirsə, təbii ki, burada nazirliklərin sayı ciddi şəkildə azaldılmalıdır. Bu gün Azərbaycanda qırxdan çox nazirliklər, komitələr və agentliklər var. İlham Əliyev onların sayını azaltmaq istəyirmi, bunu edəcəkmi? Mənim buna ciddi şübhələrim var. Bax, biz, təbii ki, bunu edəcəyik. Biz Azərbaycana kiçik və effektiv hökumət modelini gətirmək istəyirik. Bunu təklif edirik. Elektron hökumət modelini təklif edirik. Bir məsələni bir daha qeyd etmək istəyirəm. Sadəcə hansısa bir struktur dəyişiklikləri etməklə `mən islahat aparıram`, `insanların həyatında nəyisə dəyişirəm` demək yanlışdır, doğru deyil və sadəcə yalandır.

Amerikanın Səsi: Ölkədə idarəetmə sistemində köklü dəyişikliklər üçün daha hansı sahələrdə islahatlara ehtiyac duyulur?

Bütün bu oliqarxiyalar, monopoliyalardır, bunların hamısı aradan götürülməlidir. Yəni insanın tam azad seçim imkanı yaradılmalıdır.

Azər Qasımlı: Orduda ciddi islahatlar aparmaq lazımdır. Gənclərə seçim imkanı vermək lazımdır ki, kim orduda xidmət etmək istəyirsə (buna görə çox yaşşı məvacib də almalıdır) xidmət etməlidir. Kim akademik fəaliyyətlə məşğul olmaq istəyirsə olsun, kim bizneslə məşğul olmaq istəyirsə ona azad mühit yaradılmalıdır. Yəni bütün bu oliqarxiyalar, monopoliyalardır, bunların hamısı aradan götürülməlidir. Yəni insanın tam azad seçim imkanı yaradılmalıdır. Necə ki, bu sahədə inkişaf etmiş qərb ölkələrinin modelləri var. Onları yerli mühitə uyğun inkişaf etdirib həyata keçirə bilərik. Bu, Silahlı Qüvvələrlə təhsil sistemi arasında bir əlaqədir. Bunun səhiyyə, sosial, təhsil və başqa tərəfləri də var. Ölkədə başdan-ayağa qədər hər şeyi dəyişmək lazımdır. Həm siyasi sistemi, həm iqtisadi sistemi, həm sosial-təminat sistemini, həm orduda, həm təhsildə, həm səhiyyədə çox ciddi dəyişikliklər olmalıdır. Yəni siyasi sistem deyəndə təbii ki, həm məhkəmə, həm qanunvericilik, həm seçki sistemi, həm də idarəetmədə islahatlar olmalıdır.

Qeyd: Azərbaycan rəsmiləri bir qayda olaraq ölkədə ciddi islahatlar və uğurlu siyasət aprıldığını bildirir. Hökumət bütün sahələrdə, o cümlədən idarəetmə sistemində uğura imza atdığını bəyan edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG