Accessibility links

Azər Qasımlıya 30 sutka həbs verilib


Azər Qasımlı
Azər Qasımlı

Mayın 29-da Bakının Yasamal Rayon Məhkəməsi REAL Partiyasının Məclis üzvü Azər Qasımlını 30 sutka inzibati həbsə məhkum edib.

Vəkil Elçin Sadıqov bildirib ki, Qasımlı polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılıb.

“Polisin iddasına görə, o küçədə ünvansız söyüşlər söyüb. Azər Qasımlı ittihamı qəbul etmədi. O, hesab edir ki, inzibati qaydada həbsi dünən, mayın 28-də Bakının mərkəzində 28 May - Respublika Günü münasibətilə yürüş keçirmələri ilə bağlıdır", vəkil qeyd edib.

Azər Qasımlı daha əvvəl Baş Prokurorluğa dəvət edilib, orada bir qədər qaldıqdan sonra Yasamal Rayon Polis İdarəsinə aparılıb.

Azər Qasımlının hansı səbəbdən Baş Prokurorluğa və polis idarəsinə dəvət edilməsi barədə qabaqcadan hər hansı məlumat verilməyib.

Azər Qasımlı REAL Partiyasının çoxsaylı tərəfdarları mayın 28-də İstiqlaliyyət küçəsindəki “Azərbaycan Xalq Cümhuriyyəti” abidəsi önündə nümayiş keçirdikdən sonra hüquq-mühafizə orqanlarına dəvət edilib.

XS
SM
MD
LG