Accessibility links

Azərbaycanda koronavirusdan 34 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Azərbaycanda COVID-19 infeksiyasına son sutkada 2372 yoluxma faktı qeydə alınıb, 4211 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 457 min 416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 405 min 511 nəfər müalicə olunaraq sağalıb, 6 min 65 nəfər vəfat edib. Aktiv xəstə sayı 45 min 840 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 min 215, bu günə qədər isə ümumilikdə 4 milyon 639 min 460 test icra olunub.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Ölkədə bu günədək vurulan vaksinlərin ümumi sayı 7 milyon 557 min 554, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 488 min 930, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 68 min 624 nəfərə çatıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir. Böyük ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə, iş yerlərinə COVID-19 pasportu olanlar buraxılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG