Accessibility links

Azərbaycanın şimal rayonları çəyirtkə hücumuna məruz qalıb


Azərbaycanın şimal rayonları çəyirtkə hücumuna məruz qalıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu il iyun ayının sonlarından Azərbaycan ərazisində güclü şimal-şərq küləklərindən sonra ölkə xaricindən, şimal istiqamətindən Şabran, Siyəzən rayonlarının lokal ərazilərində Asiya cəyirtkələrinin miqrasiyası müşahidə olunub.

Azərbaycanın şimal rayonları çəyirtkə hücumuna məruz qalıb
Azərbaycanın şimal rayonları çəyirtkə hücumuna məruz qalıb

“Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarından ibarət monitorinq qrupu yaradılaraq çəyirtkə dəstələrinin uçuş koordinatları və ümumi ərazi müəyyənləşdirilib. Asiya çəyirtkəsinin faktiki inkişaf fazasında hərəkət intensivliyi və həyat tərzi nəzərə alınmaqla mobil ultra kiçikhəcmli ciləyici aqreqatlarla təchiz olunmuş 5 avtomaşın və 2 yerüstü çiləyici cəlb olunmaqla 500 hektar ərazidə kimyəvi mübarizə tədbirləri həyata kecirilib. Mübarizə tədbirlərinin vaxtında, operativ həmçinin optimal müddətdə və mobil texnikalar vasitəsilə aparılması nəticəsində cəyirtkə miqrasiyasının ziyan vurma həddi minumuma endirilib. Hazırda həmin ərazilərdə fitosanitar müşahidələr davam etdirilir, aşkarlanan xırda dəstələrə qarşı mübarizə tədbirləri həyata keçirilir,” məlumatda qeyd edilir.

XS
SM
MD
LG