Accessibility links

Azərbaycanın 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 407 milyon manat proqnozlaşdırılır


2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 26 407 milyon manat, xərclərinin isə 28 974 milyon manat olacağı gözlənilir.

Bu barədə Maliyyə Nazirliyinin “2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sında deyilir.

Məlumatda bildirilir ki, 2022-ci ilin dövlət büdcəsinin proqnozları 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 3,8% və 1,5% çoxdur.

Son nəticədə dövlət büdcəsində 2 567 milyon manat kəsir yaranacaq.

Büdcə gəlirlərinin 52,4%-i neft, 47,6%-i isə qeyri-neft sektorunun payına düşəcək. Neft gəlirlərinin 85,7%-i Dövlət Neft Fondundan (ARDNF) transferlər, 14,3%-i isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar hesabına təmin ediləcək.

Büdcə xərclərinin 68,7%-ni cari xərclər, 24,7%-ni əsaslı xərclər, 6,6%-ni isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edəcək.

2022-ci il üçün icmal büdcəsinin proqnozuna əsasən, gələn il müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 499 milyon 238,9 min manat, sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 584 milyon 408 min manat olacaq.

2022-ci ilin dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 45 dollar hesablanacaq. Dövlət Neft Fondundan (ARDNF) büdcəyə 11 860 milyon manat vəsait köçürüləcəyi gözlənilir.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG