Accessibility links

Azərbaycanın baş prokuroru döyüşlərin getdiyi ərazilərdə itkin düşənlərlə bağlı açıqlama verib


Kamran Əliyev

Oktyabrın 1-də Azərbaycanın baş prokuroru Kamran Əliyev döyüşlərin getdiyi ərazilərdə itkin düşənlərlə bağlı açıqlamalar verib.

"Döyüşlərin getdiyi ərazilərdə son günlər daha bir meyit tapılıb, hazırda identifikasiyası üzrə işlər davam etdirilir" - deyə, o bildirib.

“Çox güman ki, itkinlərin sayı 6-ya düşəcək. Bununla bağlı aidiyyəti qurumlarla əməkdaşlığımız davam edir" o, qeyd edib.

Bundan əlavə Kamran Əliyev bildirib ki, Birinci Qarabağ Müharibəsində itkin düşən şəxslərin sayı 4 minə yaxındır.

Baş prokuror həmçinin İkinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı cinayətlərlə bağlı 76 cinayət işi başlanıldığını bildirib. Kamran Əliyev qeyd edib ki, onlardan 39-u mülki əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlıdır.

Prokuror bu istiqamətdə işlərin beynəlxalq müstəvidə davam etdirildiyini deyib.

Xatırlatma

Müdafiə Nazirliyinin yaydığı məlumata görə Azərbaycan 2907 hərbi qulluqçusunu itirib, 7 nəfər isə itkin düşmüş hesab olunur. Ümumilikdə 93 mülki şəxsin həlak olduğu, 454 mülki vətəndaşın yaralandığı bildirilir.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Rəsmi məlumatlara görə, azad edilmiş ərazilərdə münaqişədən əvvəl mövcud olan bütün təhsil müəssisələrinin və uşaq bağçalarının binaları dağıdılıb.

Sovet İttifaqı dağıldığı zamanı iki ölkə arasında Dağlıq Qarabağ uğrunda ilk müharibədə 30 min insan həyatını ititib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG