Accessibility links

Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür


Dövlət Müstəqilliyi Günü
Dövlət Müstəqilliyi Günü

Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.

XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan xalqı ötən yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırıb.

29 il əvvəl, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib.

Bundan öncə Azərbaycan Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyannamə qəbul edib.

Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq olunub.

1991-ci il oktyabrın 18-dən Dövlət Müstəqiliiyi Günü ölkədə bayram edilir.

Bu il Dövlət Müstəqilliyi Günü əvvəlki illərdən fərqli olaraq Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ağır və şiddətli döyüşlər getdiyi bir vaxtda qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG