Azərbaycanın dövlət sərhədində 6 Nepal vətəndaşı saxlanılıb.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə,mayın 3-də Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Nepal vətəndaşları Gana Dil Bahadur, Bhote Mimang, Limbu Khim Shambhu, Limbu Sachit, Angdembe Rom Kumar və Gurung Dinesh sərhəd pozucusu qismində saxlanılıb.
Saxlanılan şəxslərin 22-25 aprel 2019-cu il tarixlərdə rəsmi qaydada Qətərdən Doha-Bakı reysi ilə Azərbaycana gəlmələri müəyyən olunub. Araşdırma zamanı Nepal vətəndaşları dövlət sərhədini pozaraq İrana, oradan isə Türkiyəyə və Avropa ölkələrinə keçmək niyyətində olduqlarını bildirib.