Accessibility links

Azərbaycanın Ermənistanla sərhədində mülki şəxs öldürülüb


Sərhəd Xidməti təlim zamanı-19.05.2015
Sərhəd Xidməti təlim zamanı-19.05.2015

Oktyabrın 2-də Azərbaycan-Ermənistan dövlət sər­hə­dində Qazax rayonu ərazisində təmas xəttində (Bakıdan 530 kilometr qərb) Azərbaycan vətəndaşı olan mülki şəxs Ermənistan tərəfdən açılan atəşlə öldürülüb.

Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə Ermənistan tərə­findən açılan atəşlə Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan ekskavato­rçu, mülki şəxs Səfərəli Abı­şov güllə yarası alıb.

Yaralıya tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Dövlət Sərhəd Xidməti bildirir ki, düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Ermənistan mediası isə rəsmi mənbələrə istinadən bildirir ki, oktyabrın 1-də Azərbaycanla sərhəddə bu ölkənin bir hərbi qulluqçusu güllə yarası alıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG